Bunları teatrın hesabına ödəyibmiş - Azərpaşa Nemətovla bağlı korrupsiya faktı

Bunları teatrın hesabına ödəyibmiş - Azərpaşa Nemətovla bağlı korrupsiya faktı

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətovla bağlı arxiv sənədlər ortaya çıxıb.

Sfera.az  ölkə.az-a istinadən xəbər verir ki, sənəddə Nemətovun qanunsuz olaraq öz qohumlarının təyyarə ilə gediş haqqını Teatr cəmiyyətinin hesabına ödədiyi qeyd edilir.

Səbail rayon Prokurorluğunun 28 yanvar 1994-cü il tarixində Teatr Xadimləri İttifaqının prezidenti Həsənağa Turabova göndərdiyi təqdimatı olduğu kimi təqdim edirik. Səbail rayonu üzrə Dövlət vergi müfəttişliyi Teatr Xadimləri İttifaqında və tabeçiliyində olan "Teafond” istehsalat birliyində qiymət intizamını və vergi qanunvericiliyinə əməl olunmasını yoxlamışdır. Yoxlama nəticəsində teatr cəmiyyəti 247.600 rubl, rəhbər işçiləri 120.000 rubl, "Teafond” isə 119.700 rubl cərimə edilmişlər.

Qeyd olunan aktlarla tanış olduqda müəyyən edildi ki, aşkar edilmiş çatışmazlıqlar və qanun pozuntuları bilavasitə Teatr cəmiyyətinin rəhbər işçisi M.Xəlilovun öz vəzifəsinə məsuliyyətsiz münasibətinin nəticəsidir, ki, bunun nəticəsində cəmiyyət uzun müddət rayon vergi müfəttişliyində qeydiyyatdan keçməmiş və buna görə də dövlətin büdcəsinə cəmiyyətdən vergi tutulmamışdır. Buna görə də cəmiyyət cəriməyə məruz qalmışdır. Bundan başqa, cəmiyyətin müdiri Nemətov qanunsuz olaraq teatr cəmiyyəti ittifaqında işləməyən bir sıra qohumlarını - Arif, Sevil, Nərminə Nemətovaların təyyarə ilə gediş haqqını cəmiyyətin hesabına ödəmişdir.

Qeyd edilən qanun pozuntularının cəmiyyətin müdiriyyətinin məsuliyyətsizliyi, vəzifələrindən istifadə halı kimi qiymətləndirilməli və gələcəkdə bu kimi hallara yol verilməməsi üçün prokurorluq haqqında qanunun 26-cı maddəsini rəhbər tutub xahiş edirəm.

1. Təqdimatın kollektivin iclasında müzakirə edib qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər görəsiniz.

2. Pozuntulara yol verən şəxslər barədə tədbirlər görəsiniz.

3. Təqdimatın müzakirə nəticəsi və görülmüş tədbirlər barədə rayon prokurorluğuna bir ay müddətində məlumat verəsiniz. Səbail rayonu prouroru, III dərəcəli dövlət ədliyyə müşaviri H.M.Hüseynov.


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...