“Bunları biz desək, onda deyəcəklər ki, yol polisi özü öz fəaliyyətini tərifləyir...”

“Bunları biz desək, onda deyəcəklər ki, yol polisi özü öz fəaliyyətini tərifləyir...”
 "Bizdə yol polisiylə bağlı baş verən belə hadisələr nəinki qardaş Türkiyədən, bütün ölkələrdən öndədir"
 
Xəbər verdiyimiz kimi qardaş Türkiyədə yol polisi əməkdaşları sürücüyə cərimə yazıblar və sonradan onun şəhid atası olduğunu biləndə yazdıqları cəriməni özləri ödəyərək şəhid atasından üzr istəyiblər. 
Həmin yazı bu linkdə: //www.moderator.az/news/304431.html

Bəs görəsən, bizim yol polisləri nə vaxtsa belə bir jest edibmi şəhid atasına və ya qardaşına? Edibsə, niyə bu günə kimi ictimailəşdirilməyib?

Moderator.az-ın sualını cavablandıran Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bu kimi hallarla polis əməkdaşlarının həmişə rastlaşdığını deyib:

"İlk öncə sizləri Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edirəm. Mənə elə gəlir ki, yol polisiylə bağlı belə hadisələr daha çox baş verir. Hesab edirəm ki, bizdə yol polisiylə bağlı baş verən belə hadisələr nəinki qardaş Türkiyədən, bütün ölkələrdən öndədir. Yəni Azərbaycan polisində olan o hümanistlik, diqqət və qayğı mənə elə gəlir ki, hər şeydən yüksəkdi. Bu gün Azərbaycan polisinin ictimaiyyətin rəğbətini qazanmaq və özünü sevdirmək, vətəntaş məmnunluğunun təmin edilməsi üçün etdikləri göz qabağındadır”.

V.Əsədov belə maraqlı hadisələrin mediada işıqlandırılmamasına da aydınlıq gətirib:

"Bu bizim mentalitetimizlə bağlıdır. Təsəvvür edin ki, dünən bir avtomobil yolda qaldığı üçün polis əməkdaşı sürücüyə kömək edərək avtomobili yolun hərəkət hissəsindən uzaqlaşdırıb. Bundan əvvəl yolun ortasında bir çuxur yaranıb və əməkdaşımız bel taparaq həmin yeri doldurub. Bunları biz desək, onda deyəcəklər ki, yol polisi özü öz fəaliyyətini tərifləyir. Əslində bunu sizlər və cəmiyyət yazmalıdır. Bu gün kimin nə problemi olursa, ilk olaraq polis yada düşür. Vətəndaşlarımızın məmnunluğu artıq yüksək səviyyədədir. Mən də bu gün Azərbaycan polisi olmaqdan qürur duyuram, sevinirəm ki, şərəfli bir peşə sahibiyəm və Azərbaycan kimi tanınmış bir dövlətin polis sıralarında xidmət edirəm”. 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...