"Bundan canımızı qurtarmaq üçün..." - İlham Əliyev islahatlardan danışdı

 

"Bilirsiniz, korrupsiya və rüşvətxorluq bizə qalan mirasdır. Ona görə bundan canımızı qurtarmaq üçün əlbəttə ki, həm maarifləndirmə işləri aparılmalıdır, düzgün siyasət aparılmalıdır və nəsillər dəyişməlidir. Mənim ümidim gənclərədir. Çünki gənclər yeni mühitdə, müstəqillik dövründə formalaşır".

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda "ASAN Həyat” kompleksinin açılışında deyib.

Dövlət başçısı bildirib: "Əlbəttə, indi bizim dövrümüzdə də pozuntular, çatışmamazlıqlar var. Amma məsələ ondadır ki, biz bunlarla necə mübarizə aparırıq. Mən bir daha demək istəyirəm ki, biz bu mübarizədə təkcə inzibati, yaxud da ki, cəza tədbirləri ilə məqsədə müvəffəq ola bilmərik. Bütün bu tədbirlərlə yanaşı, institusional, sistem xarakterli islahatlar aparılmalıdır. İslahatların yeni dövrü keçən il prezident seçkilərindən sonra başlamışdır. Mən andiçmə mərasimindəki çıxışımda bizim əsas strateji inkişaf parametrlərini xalqın diqqətinə çatdırdım və hazırda biz ardıcıllıqla bu yolla gedirik. 

Baxın, Prezident Administrasiyası tamamilə yenidən formalaşıb, gənclər cəlb olunubdur. Nazirlər Kabineti yenidən formalaşıb, gənc nəsil cəlb olunur. İndi artıq növbədənkənar parlament seçkiləri elan olunub. Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar. Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır. Eyni zamanda, mən onu da bildirməliyəm ki, biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik. Çünki bu, hər bir cəmiyyətdə var. Yaşlı nəsildən olan bir çoxları həmişə gənc nəsildən narazıdır. Ona görə biz bunu başa düşməliyik. 

Nəsillər arasındakı anlaşılmazlıq hər bir cəmiyyətdə var. Amma bizim cəmiyyət mühafizəkar cəmiyyətdir, konservativ cəmiyyətdir və ənənəvi dəyərlər üzərində qurulmuş cəmiyyətdir. Biz, əlbəttə, imkan verə bilmərik ki, bu təbii ziddiyyətlər hansısa böyük bir problemə çevrilsin. Ona görə, mən demişəm və mən gəncləri işə fəal cəlb etməyə başlayanda, gördüm ki, yaşlı nəslə qarşı elə bil hansısa bir kampaniya aparılır. Onu da mən dayandırdım. 

Çünki yaşlıların təcrübəsi, gənclərin müasirliyi və bunun vəhdəti bizə xeyir gətirəcək. Siz və "ASAN xidmət”də çalışanların mütləq əksəriyyəti cavanlardır. Amma yaslı nəslə xidmət edirsiniz. Çünki bu xidməti almaq üçün daha çox yaşlı nəslin nümayəndələri gəlirlər. Bax, bu nəzakətli davranış, bu mehribanlıq, xoş sözlər bizim cəmiyyətimizi də saflaşdırır və irəliyə aparır".

OXŞAR XƏBƏRLƏR

İcra başçısı rüşvət alarkən yaxalanıb, əməliyyatı DTX keçirib - TƏFƏRRÜATLAR BİLİNDİ

  Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu    ...

Dövlət xəstəxanaları pullu olacaq? - SƏHİYYƏ NAZİRİNİN MÜAVİNİNDƏN ŞOK AÇIQLAMA

"Səhiyyə müəssisələrinin nazirliyin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil". Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhi...

Bakıda 2 gənc bıcağla insanları niyə təhdid edib? - DİN məlumat yaydı + VİDEO

Ötən gün Bakının mərkəzində, Nizami küçəsində, Fəvvarələr meydanı deyilən ərazidə 2 gənc dekabr ayı, soyuq olmasına baxmayaraq geyimlərini soyunaraq əlləri...

Milli Məclis Gəncəyə köçürülsün? – Deputatlar yekdil qərara gələ bilmir

Millət vəkili Qüdrət Həsənquliyevin Prezident Adminstrasiyasının Şamaxıya, Milli Məclisin isə Gəncəyə köçürülməsi təklifi birmənalı qarşılanmayıb. Sfera....

"Prezidentimizi yalnız televizorda görmüşdüm..." - İlham Əliyev evinə qonaq gəldi, gözlərinə inanmadı

  Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mən...

“Müxalifət prosesə çox gecikib...” – Siyasi partiyalar seçki bloku yaradacaqmı?

  Növbədənkənar parlament seçkilərinin aktuallaşması siyasi qüvvələrin prosesdə hansı formatda qatılacağı məsələsini də aktuallaşdırıb. Seçkilərə qatıla...