Bulvarda özünü dənizə atan şəxs belə xilas edildi - VİDEO

Bulvarda özünü dənizə atan şəxs belə xilas edildi - VİDEO
Bakıda bir nəfər özünü suya ataraq intihara cəhd edib.

Sfera.az xəbər verir ki,  hadisə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) qeydə alınıb.

Dərhal hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
 


OXŞAR XƏBƏRLƏR