Bülent Ersoy canlı yayıma sərxoş çıxıb? - “Ağzıma bir qram da içki dəyməyib...\"

Bülent Ersoy canlı yayıma sərxoş çıxıb? -  “Ağzıma bir qram da içki dəyməyib...\
Türkiyəli müğənni Bülent Ersoyun son görüntüləri gündəm olub.
 
Sfera.az bildirir ki, ifaçının ötən gün "Benzemez Kimse Bize” adlı verilişə sərxoş qatıldığı iddia edilib.  Bu barədə sosial media istifadəçiləri müxtəlif fikirlər səsləndiriblər. Qısa müddət ərzində müzakirə obyektinə çevrilən Ersoy isə canlı yayımda iddialara cavab verib. O, sərxoş olmadığını vurğulayıb.

"Ağzıma bir qram da içki dəyməyib. Olsa, onsuz da deyərəm”, - deyə Bülent qeyd edib. Verilişin aparıcısı Mustafa Keser və qonaq müğənni Yıldız Tilbe də Ersoyun sərxoş olmadığını bildiriblər.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR