Bülənt Ərsoy aldığı bahalı çantalarla gündəmə gəldi
Maqazin
16:49 / 09.06.2021
1657
Türkiyəli məşhur müğənni Bülənt Ərsoy iki çantaya 23 min 400 dollar ödəyib.
Sfera.az bildirir ki, ifaçı bu addımı ilə yenidən müzakirə obyekti olub. Ərsoy Türkiyədə tapılmayan çanta almaq fikrinə düşüb. İfaçının yaxın dostu Ebru Ərtən çantaları almaq üçün əvvəlcə Fransaya, ardınca Dubaya gedib. Çantalardan birinin qiyməti 7 min 800, digərininki isə, 15 min 600 dollar olub.
Ərsoy çantaların yol xərclərini də nəzərə alaraq, külli miqdarda ödəniş edib.
Türkan
Sfera.az