Builki “Qara cümə” passiv keçəcək – İqtisadçıdan açıqlama

Builki “Qara cümə” passiv keçəcək – İqtisadçıdan açıqlama
Hər il dünyada qeyd edilən, son illərdə ölkəmizdə də populyar olan "Qara cümə”yə az bir müddət qalıb. "Qara cümə”ni önəmli edən əsas məqam məhz bu tarixdə mağazalarda əksər məhsullara böyük endirimlərin tətbiq edilməsidir.
 
Maraqlıdır, görəsən pandemiya və 44 günlük Vətən müharibəsi ölkəmizdə builki "Qara cümə”yə təsir edəcək?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən ekspert Natiq Cəfərli bildirib ki, builki "Qara cümə” əvvəlki illərə nəzərən çox passiv keçə bilər:

"Əvvəla onu deyim ki, "Qara cümə” anlayışı 1932-ci ildə ABŞ-da yaranıb və bir neçə il sonra bütün dünyada məşhurlaşıb. ABŞ-da hər il noyabr ayının dördüncü cümə günü Milad alış-verişi mövsümünün başlanğıcı kimi qəbul olunur. Bu günü önəmli edən əsas məqam məhz bu tarixdə mağazalarda əksər məhsullara böyük endirimlərin tədbiq edilməsidir.

Ölkəmizdə bu tendensiya hələ yenidir. Son beş-altı ildir geniş vüsət almağa başlayıb. Öz növbəsində bu gün ölkəmizdə də bir çox mağazalar, pərakəndə şirkətlər öz mallarını normal günlərə nəzərən daha ucuz qiymətə müştərilərə təklif edirlər.

O ki qaldı pandemiya və 44 günlük Vətən müharibəsinin ölkəmizdə builki "Qara cümə”yə təsirinə deyə bilərəm ki, bu iki faktor alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Biz ölkəmizdə ən zəif "Qara cümə”nin şahidi ola bilərik. Onlayn satış bazarında aktivlik daha çox müşahidə oluna bilər. Digər tərəfdən, Azərbaycan kimi birbaşa alış-verişə üstünlük verilən ölkələrdə onsuz da passivlik müşahidə edilir”, - N.Cəfərli deyib.
 
Ekspertin sözlərinə görə, alıcılar daha çox təməl ehtiyaclarını almağa üstünlük verirlər:

"Hazırda alıcıların prioritetləri də dəyişib. İnsanlar əllərində olan sərbəst vəsaiti ya qənaət etməyə çalışır, ya da ilkin tələbat mallarına yönləndirməyə çalışır. Bu mənada deyə bilərəm ki, bu il "Qara cümə” zəif keçə bilər”.
 
Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR