Buğda bahalaşmağa davam edir

Buğda bahalaşmağa davam edir
2018-2019-cu illər ərzində buğdanın dünya bazarı qiymətində qeyri-müəyyənlik müşahidə olunsa da, 2020-ci ilin dörd rübü ərzində artım qeydə alınıb. Aylıq müşahidə dövründə isə 2020-ci ilin noyabr ayından artım trendi müşahidə edilir.

 

 

2021-ci ilin fevral ayında buğdanın 1 tonunun dünya bazarı qiyməti əvvəlki ay ilə müqayisədə 1,22% artaraq 240,8 ABŞ dolları səviyyəsində qərarlaşıb.

 

Sfera.az Aqrar Tədqiqatlar Mərkəzinin hazırladığı icmala istinadən bildirir ki, Rusiyadan ixrac edilən buğdanın qiymətində son 1 il ərzində qeydə alınan qeyri-müəyyənlik 2020-ci ilin sentyabr ayından artım ilə əvəz olunub. 2021-ci ilin fevralında 1 ton buğdanın ixrac qiyməti əvvəlki aya nisbətən 0,07% artaraq 284 dollar səviyyəsində qərarlaşıb.


 

Rusiyanın daxili bazarında buğdanın qiymətində də 2020-ci ilin sentyabrından etibarən qeydə alınan artım trendi 2021-ci ilin yanvarında azalma ilə əvəzlənib. 2021-ci ilin fevralında 1 ton buğdanın qiyməti əvvəlki aya nisbətən 4,64% azalaraq 211,8 dollar olub.

 

 

Rusiyada daxili bazarda buğdanın qiyməti azalsa da ixrac qiyməti artıb. Fevralda ixrac qiyməti yanvara nisbətən cüzi artaraq 284 dollar təşkil edib. Bu qiymət ötən ilin sonuna nisbətən 24,7 dollar 9,5 faiz yüksəkdir.

 

 

2021-ci ilin fevral ayı ərzində Qara dəniz portlarında buğdanın 1 tonunun qiyməti 282 dolları ilə 287 dolları arasında, Azov dənizi portlarında 251 dolları ilə 253 dolları arasında dəyişib.


Vasif

Sfera.az

 

 

 


OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...