Buffon zədələnərək sıradan çıxdı

Buffon zədələnərək sıradan çıxdı
İtaliyanın "Yuventus" futbol komandasının qapıçısı Canluici Buffon zədələnib.

Sfera.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 43 yaşlı qolkiper belindəki problem səbəbindən A Seriyasının XXVI turunda "Kalyari" ilə matçı buraxıb.

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb. Turin təmsilçisi "Kalyari"ni 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.

OXŞAR XƏBƏRLƏR