Büdcəmizə milyonlar gətirən meyvə və tərəvəzlər – STATİSTİK TƏHLİL

Büdcəmizə milyonlar gətirən meyvə və tərəvəzlər – STATİSTİK TƏHLİL
2020-ci ilin yanvar-oktyabr dövrünə aid olan statistikaya əsasən, ölkəmizə meyvə-tərəvəz idxalında artım müşahidə edilib.

 

 

Sfera.az xəbər verirt ki, ilk 10 ayda 158,85 milyon dollar dəyərində 275,65 min ton meyvə-tərəvəz idxal olunub. 2019-cu ilin eyni dövrü ilə müqayisə etdikdə görürük ki, meyvə-tərəvəz idxalı dəyər ifadəsində 5,69 milyon dollar, miqdar ifadəsində 1,6 min ton artıb. Əvvəlki illərlə müqayisədə idxal daha çox artıb. 2018-ci ilin 10 ayına nisbətən idxal dəyər ifadəsində 31,2 milyon dollar, miqdar ifadəsində artım 42 min ton, 2017-ci ildə dəyər ifadəsində artım 55 milyon dollar, miqdar ifadəsində 49 min ton təşkil edib.

 

 

Əvvəlki illərdə meyvə-tərəvəz idxalı daha az idi. İdxalın dəyəri 2010-cu ildə 66 milyon dollar, 2011-ci ildə 73 milyon dollar olub. Sonrakı illərdə idxal azalıb və onun dəyəri 2012-ci ildə 39 milyon dollara, 2013-cü ildə 24,5 milyon dollara, 2014-cü ildə 21 milyon dollara qədər düşüb. Amma 2015-ci ildən meyvə-tərəvəz idxalında artım dinamikası davam edir. Bu ildə meyvə-tərəvəz idxalı 51 milyon dollar, 2016-cı ildə 115,6 milyon dollar olub.


 

İdxaldakı artımla paralel olaraq meyvə-tərəvəz ixracında da artım baş verir.

 

Son illərdə meyvə-tərəvəz ixracında ciddi artıma nail olunub. 2010-cu ildə Azərbaycandan 154 milyon dollarlıq, 2011-ci ildə 231 milyon dollarlıq, 2014-cü ildə 290 milyon dollarlıq, 2016-cı ildə 372 milyon dollarlıq, 2017-ci ildə 502 milyon dollarlıq, 2018-ci ildə 558 milyon dollarlıq, 2019-cu ildə 628 milyon dollar meyvə-tərəvəz ixrac olunub. 2020-ci ilin yanvar-oktyabr dövründə isə ixracın dəyəri 467,3 milyon dollar, idxalın dəyəri 463,4 milyon dollar idi.

 

 

Göründüyü kimi, bütün illərdə meyvə-tərəvəz ixracı artıb. Meyvə-tərəvəz idxalında isə 2015-ci ildən ciddi artım davam edir.

 

Bəs, meyvə-tərəvəz idxalın artımına səbəb nədir?


 

İdxalı artıran əsas faktor ixracın artmasıdır. Son 5 ildə ixracın 2 dəfədən çox artması daxili bazarda meyvə-tərəvəzlə təminatda boşluq yaradıb. Bu boşluğu doldurmaq üçün idxal həyata keçirilib.

 

 

Bu yerdə belə bir sual yaranır ki, niyə ixraca yönəldilən məhsulun bir hissəsi daxili bazarın ehtiyacını ödəmək üçün istifadə edilmir? Bunun yeganə səbəbi Azərbaycanın istehsalı olan meyvə-tərəvəzə Rusiya bazarında böyük tələbin olmasıdır. Azərbaycan məhsulu Rusiya bazarında yüksək keyfiyyətli məhsul kimi tanınır və buna görə də qiymətlər yüksək olsa da, kütləvi şəkildə alınır. Yüksək qiymətin təklif edilməsi onunla nəticələnir ki, daxili bazarda olan məhsullar yüksək qiymətə xaricə yönəlir, xaricdən isə aşağı qiymətə meyvə-tərəvəz alınaraq ölkəmizə gətirilir.

 

 

2020-ci ilin 10 ayının məlumatına əsasən Azərbaycanın ixrac etdiyi bir ton meyvə-tərəvəzin qiyməti təxminən 1000 dollar olub. İdxal edilən meyvə-tərəvəzin bir tonunun orta qiyməti 576 dollar təşkil edib. Bu məlumat təsdiq edir ki, Azərbaycan məhsulları yüksək qiymətə ixrac oluna bilir. Son illərdə meyvə-tərəvəz idxalının kəskin artmasının səbəbi məhz bununla bağlıdır.

 

 

Meyvə-tərəvəz idxalındakı artımın digər səbəbini sitrus meyvələrinin, eqzotik meyvə və tərəvəzlərin idxalının artması ilə əlaqələndirmək olar. Əhalinin tələbatının dəyişməsi, sağlam qidalanma ilə bağlı aparılan təbliğat, müxtəlif pəhrizlərin saxlanması bu cür məhsullara tələbi artırıb.

 

 

İdxalda elə məhsullar var ki, Azərbaycan onları istehsal etmir. Bu sırada tropik meyvələr və tərəvəzlər ilk sırada dayanır. Təbii ki, bu cür meyvə və tərəvəzlərə tələb artırsa, onları idxal etməliyik.

 

 

Statistik məlumatların təhlili göstərir ki, meyvə-tərəvəz üzrə idxalda daha çox paya meyvələr sahibdir. 2020-ci ilin 10 ayında 158,8 milyon dollarlıq idxalın 100 milyon dolları, yəni 63 faizə yaxını meyvələrin payına düşüb. Meyvə idxalının böyük olması əvvəlki illərdə də müşahidə edilib.

 

 

Azərbaycana əsasən ölkəmizdə istehsal edilməyən və ya istehsal miqdarı az olan meyvələr idxal olunur. Bununla bərabər meyvə quruları da idxalda müəyyən qədər paya malikdir. İdxal edilən meyvələr arasında ən böyük paya tropik meyvələr, o cümlədən banan sahibdir. 2020-ci ildə ölkəmizə 28,6 milyon dollar dəyərində banan idxal edilib və bu cəmi meyvə idxalının 28,6 faizini təşkil edib. Sitrus bitkilərin idxalına 28,3 milyon dollara yaxın vəsait ödənilib.

 

 

Tərəvəzlərdən isə daha çox pul kartof idxalına xərclənir.

 

 

Vasif CƏFƏROV

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...