Bu xidmət üzrə tariflər 10 manatdan 80-ə qaldırıldı

Bu xidmət üzrə tariflər 10 manatdan 80-ə qaldırıldı
Tarif (qiymət) Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilib.

Sfera.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi müraciətində təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif tənzimlənməsinin 1 avqust 2014-cü ildə həyata keçirildiyi, mövcud tarifin xərcləri ödəmədiyi və potensial sahibkarların bu sahəyə investisiya yatırmasına və keyfiyyətli xidmətin göstərilməsinə çətinliklər yaratdığı qeyd edilir. Bu sahədə effektiv idarəetmənin təmin olunması üçün Tarif (qiymət) Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilib.

Tarif dəyişikliyi nəticəsində subyektlərin dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosialyönümlü tədbirlərə yönəldiləcək.

Qərarlar 17 yanvar 2022-ci il tarixindən qüvvəyə minir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2014-cü il 1 avqust müraciətində təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif 10 manat/kubmetr təşkil edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Maqsud Mahmudov Afət Fərmanqızını videolarla şantaj edib

Ukraynada tutularaq, Azərbaycana ekstradisiya olunan, dələduzluqda ittiham edilən iş adamı Maqsud Mahmudovun əməllərindən zərər çəkən 90 nəfərin içərisində tanı...

Azərbaycanda atalara tam ödənişli məzuniyyət veriləcək - Qanunvericiliyə daxil edilir

"Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi tezliklə Əmək Məcəlləsində öz əksini tapacaq". Sfera.az-ın Report-a istinadən xəbə...

Yeni qanun gəlir: bunu edənlər cərimələnəcək

Azərbaycanda taksi duracaqlarında başqa nəqliyyat vasitələrinin dayanmasına və durmasına görə cərimə müəyyənləşir. Sfera.az xəbər verir ki, bu, İnzibati X...

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi, Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan Dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büron...

Vəzifəsindən azad olunan nazir müavinləri hazırda nə işlə məşğuldurlar? – ARAŞDIRMA

2021-ci ildə Azərbaycanda 3 nazir müavini vəzifəsindən azad olunub. Bunlarda ikisi Gənclər və İdman Nazirliyinin, biri isə Xarici İşlər Nazirliyinin payına düşü...

Prezidentin Təhlükəsizlik Xidmətinin idarə rəisi vəfat etdi - FOTO

Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi, polkovnik Tərlan Qədirov vəfat edib. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki,, hadi...