Bu xətt üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq
15:15 / 26.10.2019
3650
Sabah Bakı-Bakıxanov xətti üzrə qatarların hərəkəti dayandırılacaq.
Bu barədə Sfera.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Bildirilib ki, oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti bir günlük dayandırılacaq.
Buna səbəb Böyük Şor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılmasıdır.
Oktyabrın 28-dən isə Bakı-Bakıxanov marşrutu üzrə elektrik qatarlarının hərəkəti ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.