No Image
No Image

Bu xəstələrə əlillik müddətsiz təyin ediləcək

Bu xəstələrə əlillik müddətsiz təyin ediləcək
Tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib.

Sfera.az-ınn məlumatına görə, bu, "Əlilliyin müəyyən olunması Meyarları”na əlavə "İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndə əksini tapıb.

Aşağıdakı tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı insan orqanizminin funksiyalarının itirilmə faizindən asılı olaraq əlillik müddətsiz təyin olunacaq:

- Ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, II-III dərəcəli xroniki tənəffüs çatışmazlığı, xroniki ağciyər - ürək çatışmazlığı IIB və III dərəcəli - 81-100 %

- ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) III dərəcəli xroniki tənəffüs çatışmazlığı və IIB, III mərhələdə xroniki ağciyər-ürək çatışmazlığı ilə - 81-100 %

- İmmunitet zəiflədikdə və (və ya) digər müalicə və bərpa tədbirlərinin aparılmasına ehtiyac olduğu halda köçürülmüş ağciyərin 2 illik müşahidədən sonrakı vəziyyəti – 70-80 %

- İmmunitetin zəifləməsi fonunda əmələ gəlmiş II və III dərəcəli xroniki tənəffüs çatışmazlığı və/və ya digər sistemlərin (məsələn, ürək-damar) ağır zədələnməsi ilə müşayiət olunan köçürülmüş ağciyərin 2 illik müşahidədən sonrakı vəziyyəti – 90-100 %

- Tənəffüs orqanlarının funksiyasının ağır (III) dərəcə pozuntusu - ağciyər sarkoidozu və ( və ya ) limfa düyünləri sarkoidozu ilə III dərəcə ağciyər sarkoidozu, fəal mərhələ, fəsadlaşmalar və/və ya digər orqanların kombinə edilmiş zədələnmələri ilə, III dərəcə tənəffüs çatışmazlığı ilə - 81-100 %

- Tənəffüs orqanlarının aktiv vərəmi (infiltrasiya, dağılma, səpələnmə mərhələsi, VMB+ və ya VMB-, ağır dərəcəli intoksikasiya simptomlarının mühüm təzahürü, kaxeksiya, anemiya, amiloidoz, ağciyər ürəyi, AÜÇ II-III dərəcə) – 90-100 %

- III dərəcə xroniki tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin gecikmiş fəsadları (fibroz, fibrozlu-ocaqlı, bulloz-distrofik, kalsinatlar, plevropnevmoskleroz, sirroz, cərrahi müdaxilə

nəticələri) – 80-90 %

- Zədələnmiş orqan və sistemlərin funksiyalarının davamlı ağır dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı qalıq əlamətləri – 90 -100 %

- Müxtəlif orqan və sistemlərin vərəminin müalicədən sonrakı gecikmiş əlamətləri. Zədələnmiş orqan və sistemlərin funksiyasının davamlı əhəmiyyətli dərəcədə təzahür edən pozuntusu – 81-100 %.

Qeyd edək ki, Nazirlər Kabineti "Əlilliyin müəyyən olunması Meyarları”nı təsdiqlədikdən sonra "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ləğv ediləcək.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İnfeksionist: “Azərbaycanda böyük ehtimal ki, Delta ştammı artıq var“

Ehtimal ki, "Delta" ştammı Azərbaycanda da mövcuddur. Dörd qonşu ölkəmizdə - İran, Türkiyə, Rusiya və Gürcüstanda varsa, bizim ölkəmizdə də var. Bu ölkələrlə əl...

Tanınmış həkimdən "Delta" ştammı ilə bağlı sevindirən açıqlama: "Xoşbəxtlikdən bu mutasiya..."

"Koronavirusun "Delta" ştammı barədə narahatlığa səbəb görmürəm".   Sfera.az bildirir ki, bunu tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov d...

"Öpüşməyə birdəfəlik son qoymaq lazımdır" - Azərbaycanlı professordan "Delta" ştammı ilə bağlı ilginc açıqlama

"Şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalı, zərurət yarandıqda, fərdi qoruyucu vasitələrdən istifadə olunmalı, xüsusən "abnormal” ünsiyyət vasitəsi olan fl...

İldə 2 dəfə peyvəndlənmə olacaq - "Bu rejimdə onillərlə yaşamağa hazır olmalıyıq"

"Peyvənd əleyhinə xeyli sözlər deyilsə də, "könüllü” olan peyvəndlənmə qərarının əslində "nisbi könüllü” olduğu məlum oldu. Bu anlaşılan qərardır və müxtəlif fə...

Bu xəstələrə əlillik müddətsiz təyin ediləcək

Tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib. Sfera.az-ınn məlumatına görə, bu, "Əlil...

Yeni mutasiyanın fərqli simptomları bəlli oldu – Bu şəxslərdən dərhal koronavirus testi verməsi tələb olunur!

Koronavirusun yeni mutasiyasının COVID-19-dan fərqli xüsusiyyətlərə malik olduğu açıqlanıb.   Sfera.az xəbər verir ki, İngiltərədə aparılan bir araşdırma...