No Image
No Image

Bu xarici universitetlərin diplomları Azərbaycanda tanınmır - SİYAHI

Bu xarici universitetlərin diplomları Azərbaycanda tanınmır - SİYAHI
 
Bu ilin I rübü ərzində diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Sfera.az xəbər verir ki, ötən dövr ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 678 müraciət daxil olub.

Onlardan 493-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 185 nəfərin müraciətinə isə mənfi cavab verilib. Tanınma üzrə müraciətlərin icrası yanvar ayı üzrə 21, fevral ayı üzrə 14, mart ayı üzrə isə 20 gün ərzində tamamlanıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 103, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 72 və digər səbəblərə görə 10 nəfərin müraciəti mənfi cavablandırılıb.

İxtisas seçimlərində iqtisadiyyat üzrə 112, hüquqşünaslıq üzrə 91, maliyyə üzrə 82, tibb üzrə 75, biznesin idarə edilməsi üzrə 49, mühəndislik üzrə 48, menecment üzrə 41, beynəlxalq münasibətlər üzrə 32, turizim üzrə 14, kompüter elmləri üzrə 13 və digər ixtisaslar üzrə 121 müraciət qeydə alınıb.

Ölkələr üzrə müraciətlərin sayına gəlincə, Ukraynadan 197, Türkiyədən 170, Rusiyadan 167, Gürcüstandan 50, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 83 müraciətin olduğu müşahidə edilib.

Ümumilikdə rüb ərzində verilən mənfi qərarların 29%-i 10 ali təhsil müəssisəsini (Tbilisi Humanitar Tədris Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti, H.P.Konaşeviç-Saqaydaçnıy adına Kiyev Su Nəqliyyatı İnstitutu, "Sinergiya” Moskva Maliyyə-Sənaye Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, Odessa Dövlət Ekologiya Universiteti, Voljsk Dövlət Su Nəqliyyatı Universiteti, Tbilisi Açıq Tədris Universiteti və Avropa Universiteti (Gürcüstan) əhatə edir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyuldu

Mayın 12-də Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanı...

Bir aylıq tədris məktəblilərə nə verəcək? - VİDEO

Təhsil Nazirliyinin verdiyi qərara əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində, eləcə də Abşeron rayonu ərazisində fəaliyyət göstərən orta təhsil müəssis...

Bakıda tikintisi, əsaslı təmiri və bərpası nəzərdə tutulan məktəblər - SİYAHI

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlə...

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək - RƏSMİ

"Bəziləri üçün ənənəvi tədrisə qayıdış düzgün qərar kimi qəbul edilsə də, bir çoxlarına da vaxtında verilməmiş qərar kimi görünür. Mayın 17-dən əyani tədrisin q...

I sinfə şagird qəbulu dayandırıldı

Birinci sinfə şagird qəbulu üzrə elektron portal ( www.mektebeqebul.edu.az) bayram günlərində fəaliyyətini müvəqqəti dayandıracaq. Təhsil Nazirliyindən...

Tədris ilinin vaxtı uzadılır? - RƏSMİ CAVAB

2020-2021 tədris ilinin uzadılması ilə bağlı hələlik heç bir qərar yoxdur.   Sfera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Val...