Bu vitamin arıqlamağa kömək edir

Bu vitamin arıqlamağa kömək edir
D vitamininin faydalarından səhərə qədər danışmaq olar: kalsiumun mənimsənilməsinə kömək edir, hormonları tənzimləyir, sümükləri möhkəmləndirir və bütün immun sistemini yaxşılaşdırır, əlavə olaraq depressiyanın inkişaf riskini də azaldır.

Sfera.az xəbər verir ki, alimlər D vitamini səviyyələri ilə artıq çəki arasındakı mümkün əlaqəni araşdırıb. Məlum olub ki, çəki problemi həm də D vitamini çatışmazlığı ilə əlaqədardır. Bir insanın çəkisi nə qədər çox olarsa, bir o qədər "günəş" vitamini tələb olunur.

D vitamini qəbul etmək çəkinin kəskin şəkildə azalmasına səbəb olmayacaq, lakin ümumi sağlamlığa kömək edəcək və istədiyiniz çəkini qoruyacaq. Eyni zamanda, D vitamini bədəndəki yağ hüceyrələrinin yığılmasına mane olur. Son araşdırmaların nəticələrinə görə, bu bioloji aktiv maddəni 12 həftə qəbul etdikdən sonra bədən piylənməsində azalma baş verir.

D vitamini çatışmazlığının əlamətləri

Yorğunluğun artması

Depressiv vəziyyətlər

Ani sümük və əzələ ağrısı

Əzələ zəifliyi

Saç tökülməsi

Əlbəttə bu əlamətlər digər vitamin çatışmazlığı və sağlamlıq problemlərinə də xasdır. İstnilən halda simptomlardan birini uzun müddət müşahidə edirsinizsə, həkimə müraciət etməyiniz tövsiyə olunur.

D vitamini heç vaxt yetərli deyil: xüsusən də yayda səviyyəsini artırmaq üçün əlverişli fürsətdən istifadə etmək asandır. Daha çox günəşdə olun, günəş işığı dəri tərəfindən əmilir və D vitamininə çevrilir.

Pəhrizinizi nəzərdən keçirin: yağlı balıqlar (skumbriya, qızılbalıq, ton balığı), süd məhsulları, yumurta sarısı və göbələk D vitamin ehtiyatlarını artırmağa kömək edəcək. D vitamini əlavəsinin praktik olaraq heç bir dadı yoxdur, odur ki, onu qəbul etmək çətin olmayacaq.

Təəssüf ki, D vitamininin özü arıqlamağa kömək etməyəcək, ancaq ümumi sağlamlıq üçün çox fayda gətirəcək. İdman və düzgün qidalanma sayəsində ideal bədən quruluşuna sahib ola biləcəksiniz./publika.az/

OXŞAR XƏBƏRLƏR

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....

Peter Siyartonun Azərbaycana rəsmi səfəri BAŞLADI

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazir sosial şəb...