“Bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir” - İlham Əliyev

“Bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir” - İlham Əliyev
 "Biz Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini də alqışlayırıq”.

Sfera.az bildirir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Bu missiya bizim müvafiq strukturlarla və bildiyimizə görə, Ermənistan tərəfi ilə də işgüzar əlaqəli şəkildə işləyir. Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayacaq.

Biz Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışıqların fəal gedişini də alqışlayırıq. Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir. Biz Türkiyə rəhbərliyinə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana hərbi əməliyyatların dayandırılması üçün ilkin şərait yaradılmasında iştirakına görə təşəkkür edirik.

Həm Rusiya, həm də Türkiyə - bizim üçün dost olan iki ölkə, iki qonşumuz atəşkəsə riayət edilməsi və atəşkəsə nəzarət tədbirlərində iştirak edəcəklər. Bu da bizim qonşularımız olan iki ölkə arasında, habelə regional əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyət formatının möhkəmlənməsinə dəlalət edir. Ümidvaram ki, bugünkü atəşkəs və Ermənistan ilə münasibətlərin normallaşması barədə bizim planlarımız, - əgər onlar Ermənistan tərəfindən müsbət qəbul edilərsə, - regionda yeni vəziyyətin, əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün şərait yarada bilər. Bu, hamının xeyrinə olar. Bizim regionda məskunlaşan xalqlar da, qonşularımız da, bütövlükdə dünya da daha təhlükəsiz olacaq”, - deyə dövlət başçısı əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Bayramov Əfqanıstanın yeni səfirini qəbul etdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Amanullah Ceyhunun etimadnaməsin...

Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən bugünkü telekonfransında ABŞ-ın dövlət katibi Mayk Pompeo bölgədəki vəziyyətlə bağlı müzakir...

“Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür”

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz tərəfindən aparılan 44 günlük müharibə nəticəsində əzəli və əbədi torpaqlarımız düşmən ...

“Dondurulmuş olan münaqişə deyil, onun həllidir” - Çavuşoğlu

Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qərarları...

“Laçının işğaldan azad olunması tarixi Qələbənin təsdiqidir”

Azərbaycan işğalçı Ermənistan üzərində tam qələbə qazandı. 44 günlük Vətən Müharibəsində düşməni ağır məğlubiyyətə uğradan Azərbaycan Ağdam və Kəlbəcərdən sonra...

Azərbaycan MN İrana başsağlığı verdi

Dekabrın 2-də Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib. Müd...