Bu üsulla xərçəngin yayılmasının qarşısı alınacaq - Metastaz tarixə qovuşur!

Bu üsulla xərçəngin yayılmasının qarşısı alınacaq - Metastaz tarixə qovuşur!

Xərçəng hüceyrələrinə hərəkət etmək qabiliyyətini verən, bədənin digər orqanlarına metastazizasiya etməyə imkan verən iki zülal aşkar edilib.

Sfera.az medicina.az-a istinadən bildirir ki, türkiyəli doktor Nurhan Özlü və komandasının araşdırması nəticəsində bu iki zülalın xərçəng hüceyrələrinin irəliləməsində rol oynadığı müəyyənləşib. Bu zülalların təsiri ilə xərçəng hərəkət edir, qan axını ilə digər orqanlara keçir və metastazlar əmələ gətirir.

Həkim bildirib ki, son illərdə aparılan elmi araşdırmalar orqanizmdəki zülallara yönəlib və çox vacib məlumatlar verir. Hərəkətsiz, sabit və digər hüceyrələrlə əlaqəli olan epitel hüceyrələri xərçəngə çevrildikdə artıq ərazilərində qalmaq istəmirlər. Bunun üçün də onlara hərəkət lazımdır. Belə olduqda, onlar sabitliklərini təşkil edən epitel xüsusiyyətlərini tərk edib, hərəkət mexanizminə malik hüceyrələrə dönürlər. Hərəkət etmə qabiliyyətini qazandıqdan sonra qan vasitəsilə digər orqanlara yayılaraq metastaz olurlar.
Araşdırmalar nəticəsində ümumilikdə 6 min protein incələnib. Onların sayı daha sonra 300, son olaraq 20-yə enib. Tədqiqatçılar ən sonda "DNA JB4" və "CD81" zülallarına çatıblar. Bu zaman bəlli olub ki, hüceyrələrdə bu iki zülal azalarsa, metastazlaşma qabiliyyəti də azalır.


OXŞAR XƏBƏRLƏR