Bu uşaqlarda koronavirusun qorxunc nəticələri müəyyən edildi

Bu uşaqlarda koronavirusun qorxunc nəticələri müəyyən edildi
Uşaqlarda koronavirusun təhlükəli nəticələri idrak funksiyalarında azalma ilə yanaşı, gələcək nəsillər üçün aşağı nəsilvermədə özünü göstərə bilər.
 
Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Pediatrlar Şurasının İcra Komitəsinin rəhbəri Leyla Namazova-Baranova xəbərdarlıq edib.

Onun sözlərinə görə, COVID-19-dan sağalan uşaqların müayinəsi zamanı onların 30 faizində bədənin idrak funksiyalarında azalma olduğu aşkarlanıb. Bu baxımdan həkim, hər hansı bir formada koronavirus infeksiyası keçirmiş uşaqların daha diqqətlə izlənilməsinə çağırış edib.

Həkim xəstəliyin nəticələrinin uroloqlarla birlikdə öyrənildiyini vurğulayıb. Onun sözlərinə görə, koronavirus infeksiyası keçirən oğlanların spermatogenezində ciddi dəyişiklik baş verir.

"Bu, gələcək nəsillərin aşağı fertilliyi (nəsilvermə) ilə bağlı problemlərə gətirə bilər”, - deyə L.Namazova-Baranova xəbərdarlıq edib.

Qeyd edək ki, bundan əvvəl "Rospotrebnadzor”dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) məktəblilərin aktiv koronavirus daşıyıcısı olmadığı bildirilmişdi. Qurumdan vurğulanmışdı ki, böyüklər uşaqlardan deyil, uşaqlar böyüklərdən yoluxur./// Oxu.az

OXŞAR XƏBƏRLƏR

Devid Kemeron qazaxıstanlı həmkarı ilə GÖRÜŞDÜ

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Q...

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal" və "Çelsi" komandaları qarşılaşıb.   Sfera.az bildirir ki, “topçular&rd...

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.   Sfera.az-ın report-a istinadən xəbərinə görə,...

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...