Bu uşaqlar koronavirusu ağır keçirə bilər - Pediatrdan AÇIQLAMA

Bu uşaqlar koronavirusu ağır keçirə bilər - Pediatrdan AÇIQLAMA
Mütəxəssislərin də bildirdiyi kimi, dünya üzrə xeyli sayda insanı ölümə məhkum edən COVID-19 pandemiyası uşaqlardan yan keçir. Yəni, xəstəliyə yoluxan azyaşlılar arasında simptomlar adətən hiss olunmur.

Maraqlıdır, bəs, istisna hallar varmı? Böyüklərdəki kimi hansısa əlavə xəstəliyi olan uşaqlar da koronavirusu ağır keçirə bilərmi?
 
Məsələ ilə bağlı Sfera.az-a danışan pediatr Vaqif Qarayev bəzi xəstəliklərin uşaqlarda koronavirusun ağır keçməsinə səbəb olduğunu bildirib:
 
"Böyrək çatışmazlığı, şəkər xəstəliyi olan uşaqlar üçün koronavirus risklidir. Yəni, yüksək yaş qruplarında ikinci xəstəliyi olanlar koronavirusu ağır keçirdiyi kimi uşaqlarda da bu hal müşahidə edilir. Bu baxımdan yanaşı xəstəliyi olan uşaqların valideynlərini daha diqqətli olmağa çağırırıq".

Pediatr son zamanlar uşaqlar arasında mövsümi xəstəliklərin kəskin azaldığını da qeyd edib:

"Ay ərzində uşaqlar arasında ən çox rast gəldiyimiz xəstəliklər mövsümə uyğun olan tənəffüs yollarını zədələyən respirator viruslardır. Karantinlə bağlı məhdudiyyətlər olduğu üçün ötən dövrlərlə müqayisədə bu cür xəstəliyi olan uşaqların da sayında xeyli azalma görürük. Karantinə qədər biz valideynlərə bu mövsümdə məsləhət verirdik ki, uşaqları sıxlıq olan yerlərə aparmayın, maska taxın və s. Lakin indi bunları deməyə ehtiyac yoxdur, buna görə də vəziyyət ürəkaçandır".
 
Sfera.az
Əzizə Zeynal 
 
 

OXŞAR XƏBƏRLƏR