Bu tip açıqlamalar prezidentin apardığı informasiya və internet siyasətinə ziddir-ekspert

Bu tip açıqlamalar prezidentin apardığı informasiya və internet siyasətinə ziddir-ekspert
"Sosial şəbəkələri məhdudlaşdırmaq, onu yığışdırmaq sadəcə olaraq, absurddur”
 
Sfera.az-a açılamasında bu sözləri millət vəkili Musa Quliyevin öz milli sosial şəbəkəmizi yaradıb digərlərini bağlamaqla bağlı verdiyi təklifə münasibət bildirərkən internet media üzrə ekspert Səbuhi Abbasov deyib. 
Onun sözlərinə görə, bu sayaq təkliflər həm də zəiflik əlamətidir  və məsuliyyətsizlikdən irəli gəlir:
 
"12 ilə yaxındır ki,  internet media eksperti olaraq fəaliyyət göstərirəm. Bu illər ərzində bir çox analiz və təhlillər aparmış, icmal tipli yazılar dərc etmişik. Ümumiyyətlə, hər hansı bir prosesin qarşısını almaq, yaxud da hansısa neqativi yox etmək üçün prosesi tam kökündən kəsmək bir növ acizlik əlamətidir. Bəzən deyirlər ki, məsələn filan sosial şəbəkə, filan innovatik yenilik fəsadlar gətirir.  Əlbəttə ki, dünyada qəbul olunan bütün yeniliklərin həm xeyirli, həm də neqativ tərəfləri vardır. 
 
Neqativ tərəflərə görə isə prosesin qarşısını almaq sadəcə absurddur, eyni zamanda zəiflik əlamətidir. Sosial şəbəkələr dünyanın,  İKT-nin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Bu innovasiyanı hansı ölkə qəbul edib, öz milli mental dəyərlərinə uyğun korrektə edib istifadə edirsə, həmin dövlət hər zaman uğura imza atmış olur. Şimali Koreya, Çin, İran və bəzi ərəb dövlətləri bu və ya digər formada sosial şəbəkələri qadağan edib. Ona görə də heç bir məntiq olmadan kobud şəkildə sosial şəbəkələrin qarşısını alan bu ölkələr dünyada internet azadlığını məhdudlaşdıran ölkə kimi beynəlxalq birliklərin siyahısına düşür. Azərbaycana gəldikdə, cənab Prezident İlham Əliyev tərəfindən son on ildə bu istiqamətdə təxminən 100-ə yaxın qərar, fərman imzalanıb və bir neçə proqram hazırlanıb. Azərbaycan artıq öz peykini orbitə buraxan bir ölkədir. Belə bir ölkədə İKT-ni məhdudlaşdırmaq, onu yığışdırmaq sadəcə olaraq, absurddur və ölkəmizin apardığı internet siyasətinə birmənalı şəkildə ziddir. Musa Urud çox dəyərli deputatdır. Onun bir neçə kitabı ilə də tanışam. 
Ancaq Azərbaycanda sosial şəbəkələr ləğv olunmalı və yeni sosial milli platformanın yaradılması fikrini irəli sürmək, yumşaq desək məsuliyyətsizlikdir. Bu fikirlər tərcümə olunur və onu dünya mətbuatının izləməsinə qədər gətirib çıxarırlar. Bizim mətbuatı düşmən mətbuatı da izləyir. 

Ona görə də belə fikirlərin səslənməsi apardığımız informasiya siyasətinə birmənalı şəkildə ziddir”
Ekspert rəsmilər və deputatlara sosial şəbəkələrlə bağlı dedikləri fikirlərə diqqətlə yanaşmağı məsləhət gördü:
 
"Xüsusən də rəsmilərimiz, deputatlar sosial şəbəkələr, internet azadlığı, İKT ilə bağlı dedikləri fikirlərə diqqətlə yanaşmalıdır. Sosial şəbəkələrin bağlanılması ifadəsini işlədənlər əslində ölkə rəhbərimizin apardığı on illik siyasətin üstündən kobud şəkildə xətt çəkmiş olurlar. Xüsusən rəsmilər dediklərinə ciddi, məsuliyyətlə yanaşmalıdır” 
 
Həmsöhbətimiz bu fonda milli platformanın yaradılması təklifini də yanlış təklif kimi dəyərləndirdi. Çünki onun yaradılması böyük maliyyə vəsaiti tələb edir:
 
"Musa Quliyev milli platformanın da yaradılmasını təklif edir. Ümumiyyətlə, sosial şəbəkələr daha dərin qatlara hesablanmış bir mexanizmdir. Bu prosesin ölkəmizdə qurulması təklifi də yanlış addımdır. Çünki milli platformanı yaratmaq sözün əsl mənasında bəlkə də Azərbaycan büdcəsindən bir neçə dəfə çox maliyyə vəsaiti tələb edir. Bu maliyyəni tapmaq da olar. Ancaq onun həmin effekti verib-verməyəcəyi sual altındadır. İKT sahəsində hər  hansı bir milli platformanın yaradılması müsbətdir. Ən azından sınaq üçün bu kimi proseslər olmalıdır. Ancaq bu kimi prosesləri başlamaqq üçün digər proseslərin qarşısını kəsmək olmaz. Qarşısını kəsmək halları baş verərsə, məsələ beynəlxalq qurumlarda, hətta BMT səviyyəsində qalxa və Azərbaycan ciddi təhlükələrlə üz-üzə qala bilər. Hətta peykin verdiyi dividentlərin üstündən də xətt çəkilər. Bu mənada həmin innovasiyalardan imtina etməməliyik”.
 
S. Abbasov onu da qeyd etdi ki, sosial şəbəkələrin bağlanmasını təklif edənlər adətən prosesə fəal formada, dünyanın tələb etdiyi şəkildə qoşula bilməyənlərdir: 
 
"Hazırda parlament üzvlərinin təxminən 50 faizdən çoxunun yaşı 60-dan çoxdur. Bu insanlara hörmətimiz var, onlara dəyər veririk. Ancaq dünyanın tələb etdiyi tələbat var. Bu gün cənab Prezidentin apardığı siyasət dünya üçün də bir örnəkdir. Həmin siyasətə dəstək olmaq üçün də dünyanın qəbul etdiyi innovasiya vasitələrindən istifadə etməliyik. Ona görə də parlament üzvlərinin əksəriyyəti İKT enerjili, innovasiya və İKT-ni bilən, siyasi biliyi, bacarığı olan, onu sosial mediaya tətbiq etməyi bacaran insanlar olmalıdır. Bu dövlətimizi irəli apara, ölkə rəhbərinin apardığı siyasətə dəstək göstərə bilər. Millət vəkilləri sosial şəbəkələrdə birmənalı şəkildə peşəkar səviyyədə fəaliyyət göstərməlidirlər. Ancaq indilikdə bunların heç biri yoxdur. Azərbaycan rəsmiləri, xüsusən millət vəkilləri açıqlamalarında ciddi olmalı, bu açıqlamalara görə məsuliyyət daşımalıdırlar. 
 
Bilməlidirlər ki, onların bu tipli açıqlamaları birmənalı şəkildə ölkə rəhbərinin apardığı informasiya və internet siyasətinə ziddir. Millət vəkili belə məqamlarla rastlaşmaq istəmirsə, özünü dünyada məşhur olan sosial platformalarda bərkitməli, oradakı yenilikləri qəbul etməli və ardınca da sosial platformalarda peşəkarcasına fəaliyyət göstərməlidir. Günah sosial şəbəkədə deyil. Günah sosial şəbəkədən istifadə edə bilməyən yüksək səviyyəli insandadır." 
 
Qeyd edək ki, son zamanlar  bir sıra deputatlar sosial şəbəkələrin bağlanması kimi fikirlər səsləndirməyə başlayıb. Bu günlərdə millət vəkili Musa Quliyev də həmin məsələyə toxunaraq bildirib ki, öz milli sosial şəbəkəmizi yaradıb, digərlərini isə bağlamalıyıq. 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...