Bu təsdiqini taparsa, Azərbaycanda koronavirus daha sürətlə YAYILACAQ

Bu təsdiqini taparsa, Azərbaycanda koronavirus daha sürətlə YAYILACAQ
Xəbər verdiyimiz kimi, COVID-19 xəstəliyinin ev heyvanları (it və pişik) arasında yayılmasının araşdırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elmi-tədqiqat işlərinə başlanılıb. Mərhələli şəkildə həyata keçiriləcək layihə hazırda Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən baytarlıq klinikalarında müayinə olunan, həmçinin heyvan sığınacaqlarında saxlanılan it və pişiklərdən müvafiq nümunələrin (qan və yaxma) götürülməsi ilə davam etdirilir.

 

 

Maraqlıdır, ölkə üzrə ev heyvanlarına koronavirusun aşkarlanması riski nə dərəcədədir? Sözügedən virus heyvanlarda da aşkarlanarsa, bu nə ilə nəticələnə bilər?


Məsələ ətrafında Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının dosenti İlham Bayramov virusun ev heyvanlarında aşkarlanacağı təqdirdə yoluxmanın sürətlə artacağını bildirib:


"Əgər ev heyvanlarında koronavirus aşkar edilərsə, virusun daha sürətlə yayılması mümkündür. Çünki məlum olduğu kimi heyvanlarda da asqırma, öskürmə funksiyası var. COVID-19-un yayılması da əsasən hava damcı yolu ilə baş tutur. Eyni zamanda xəstəlik insandan da heyvana keçə bilir".

 

Digər müsahibimiz infeksionist Vüqar Cavadzadəkoronavirusun 7 növünün insanda xəstəlik yarada biləcəyini diqqətə çatdırıb:


"Bundan əvvəl dünyada meymunlar üzrə koronavirus infeksiyası aşkar edilib. Ümumilikdə deyə bilərəm ki, koronavirus ailəsinin 40-dan çox növü var. Bu növlərdən cəmi 7-i insanda xəstəlik yaradacaq xüsusiyyətə malikdir. 40 növün içərisində olan digər formalar donuzlarda, quşlarda və digər heyvanlarda xəstəlik törədə bilir”.


Əzizə Zeynal

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR