“Bu, terror hadisəsi, yaxud kənar qüvvənin məqsədyönlü hücumu deyil” – Polkovniklə MÜSAHİBƏ

“Bu, terror hadisəsi, yaxud kənar qüvvənin məqsədyönlü hücumu deyil” – Polkovniklə MÜSAHİBƏ
Ehtiyatda olan polkovnik Şair Ramaldanovun Sfera.az-a müsahibəsi:



- Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli helikopteri Xızı rayonu ərazisində saat 10:36-da qəzaya uğrayıb. Qəza ilə bağlı rəsmi məlumat isə bir neçə saat sonra verildi. Sizcə, Dövlət Sərhəd Xidmətinin qəza xəbərini bu qədər gec verməsinin səbəbi nədir?

- Hesab etmirəm ki, Dövlət Sərhəd Xidməti qəza xəbərini gec verib. Helikopter saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb. Mən isə artıq saat 12 radələrində xəbəri rəsmi kanallardan almışdım. Hətta mən qəza xəbərindən sonra bir neçə televiziya kanalında müsahibə verdim. Baxın, qəza 10:36-da baş verib, lakin bu o demək deyil ki, həmin andaca ictimaiyyətə məlumat verilməlidir. Qəza yerinə baxış keçirilməli, qəza ilə bağlı məlumat toplanmalı, təfərrüatları araşdırılmalı və aşkarlanmalıdır ki, ictimaiyyətə də məlumat verilsin.

Qəzanın baş verdiyi Qaraheybət təlim meydanı çöllük bir ərazidir. Həmin əraziyə getmək, qəzayla hadisə yerində tanış olmaq da müəyyən bir vaxt tələb edir. Bu mənada hesab etmirəm ki, rəsmi qurum gec reaksiya verib. Əksinə DSX mətbuat xidməti vaxtında rəsmi məlumat verdi.
 
- Hadisədən sonra Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq davam edir. Bununla belə ilkin açıqlamalarda helikopterin təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğradığı bildirib. Sizcə, helikopterin təlim meydançasına eniş edərkən qəzaya uğraması nə ilə əlaqədərdir: texniki problem, yoxsa uçuş öncəsi səhlənkarlıq...
 
- Qəzanın təfərrüatları ilə bağlı indiki etapda nəsə demək doğru deyil. Bu, mütəxəssis yanaşması olmaz. Qeyd etdiyiniz kimi hadisə ilə bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hesab edirəm ki, qəzanın təfərrüatları ilə bağlı müfəssəl məlumatı həm istintaqın yekunu, həm də helikopterin qara qutusu açılandan sonra əldə etmək olar. Bu baş verəndən sonra ictimaiyyətə də məlumat veriləcək. Hər halda hadisə haqda məlumat almaq vətəndaşların da haqqıdır. Hazırda bu və ya başqa formada sualların yaranmasını da anlayıram. Ancaq hesab edirəm ki, bu məsələdə tələsmək lazım deyil və istintaqın yekunu və qara qutudan əldə ediləcək məlumatları gözləmək lazımdır.

- Helikopter qəzası ilə bağlı səslənəndirilən versiyalardan biri də işin arxasında xarici qüvvələrin dayanması haqdadır. Necə düşünürsünüz, bu mümkündür?

- Belə bir sualın verilməsi normaldır. Adətən bu kimi hallarda hadisənin xarici qüvvələr tərəfindən gerçəkləşməsi ehtimalı olur. Lakin həm də məntiqlə düşünmək lazımdır. Əvvəla, onu bilmək lazımdır ki, helikopter uçuş öncəsi bir yox, bir neçə texniki baxışdan keçir. Eyni zamanda uçuş meydançası yoxlanılır. Bunlar helikopterin uçuşa hazırlıq mərhələsidir. Bu müddət ərzində isə həm də uçuş əsnasında təhlükəsizlik tədbirləri görülür. Yekunda uçuşa hər hansı bir maneə və ya təhlükə yoxdursa icazə verilir. O ki qaldı qəzanın xarici qüvvələr tərəfindən həyata keçirilməsinə, bunu real saymıram. Baxın, döyüş helikopteri mülki helikopter deyil ki, hansısa "H" işarəti olan yerdə dayansın və açıq hədəf olsun. Bundan başqa hərbi helikopterlərin olduğu aerodromlar çox ciddi şəkildə qorunur. Bu məsələyə detallı toxunmaq istəmirəm, ancaq ümid edirəm ki, necə və nə cür qorunduğunu anladınız. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bu hansısa terror hadisəsi və ya kənar qüvvənin məqsədyönlü hücumu deyil.

- Qaraheybətdə baş verən qəza 30 il öncəki Qarakənd faciəsini xatırlatdı...
 
- Qarakənd faciəsini yaxşı xatırlayıram. Lakin hər iki hadisənin helikopter qəzası olması və hadisələrin baş verdiyi ərazilərin adlandırılmasındakı "qara” sözündən başqa heç bir oxşarlıq görmürəm.

Söhbətləşdi: Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...