Bu tələbələr ödədikləri təhsil haqqını geri alacaqlar

Bu tələbələr ödədikləri təhsil haqqını geri alacaqlar
"Oktyabr ayının əvvəli üçün təhsil tələbə kreditlərinin verilməsi planlaşdırılır".

Sfera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu il 40 minə qədər tələbəyə təhsil kreditləri veriləcək: "Təhsil tələbə kreditlərindən həm bakalavr, həm də magistrlar yararlana biləcək. Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib".

N.Məmmədli bu il ali məktəbə qəbul olan I kurs tələbələrinin qeydiyyat mərhələsində ödəniş etmələri ilə bağlı məsələyə də aydınlıq gətirib. O qeyd edib ki, qaydalara əsasən I kurslar qeydiyyat zamanı təhsil haqlarını ödəməlidirlər: "Lakin tələbənin kreditlə əlaqəli müraciətinə müsbət cavab veriləcəksə, o zaman həmin vəsait ali təhsil müəssisəsinin bank hesabına köçürüləcək və tələbə ödədiyi vəsaiti geri götürə biləcək. Sistem yenidir və öz qaydasına düşəndən sonra növbəti semestrlərdə kreditlərin verilməsi normal qaydada davam edəcək".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"12 yaşdan yuxarı uşaqlar vaksinasiya olunsun" - Təhsil və Səhiyyə nazirlikləri valideynlərə çağırış etdi

Hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris ...

Məktəblər yenidən bağlanır? - RƏSMİ CAVAB

Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınl...

241 sinif distant təhsilə keçirilib - Təhsil Nazirliyi

Ölkə üzrə bu günədək 241 sinif distant təhsilə keçirilib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir. Sfera...

Bilik Günündə məktəblərdə gördüklərimiz - FOTOREPORTAJ

Bu gündən etibarən ölkə üzrə ibtidai siniflər üçün yeni tədris ili ənənəvi formada davam edəcək. Yəni bu gün bütün dövlət məktəblərinə Bilik Günü qeyd olun...

Ali məktəblərdə dərslər bu qaydada keçiriləcək - QƏRAR VERİLDİ

Nazirlər Kabineti ali məktəblərdə dərslərin təşkili qaydası ilə bağlı qərar verib. Sfera.az-ın məlumatına görə, bununla bağlı qərarı Baş nazir Əli Əs...

Prezident İlham Əliyev daha iki məktəbə baş çəkdi

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonr...