No Image
No Image

Bu tarixdən SMS icazə ləğv edilə, metro açıla bilər - Komitə sədrindən ANONS

Bu tarixdən SMS icazə ləğv edilə, metro açıla bilər - Komitə sədrindən ANONS
"Nazirlər Kabineti yanında Operativ Qərargah bütün parametrləri qiymətləndirərək, yanvarın 18-dən sonra karantin rejiminin yumşaldılması barədə qərar verə bilər”.

Sfera.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və  sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
 

M.Quliyevin sözlərinə görə, karantinin yumşaldılmasına getmək üçün kifayət qədər əsaslar var:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ötən ilin dekarından tətbiq edilən sərtləşdirilmiş karantin kifayət qədər effekt verdi. Yoluxma və ölüm sayında əhəmiyyətli azalma müşahidə edilir. Təbii ki, buna vətəndaşların qaydalara ciddi riayət etməsilə nail olundu. Vətəndaşlarımız problemin ağırlığını dərk edir və məsuliyyət nümayiş etdirirlər. Göstəricilər yaxşıdır, həm yoluxma, həm də virusdan ölüm sayı azalıb. Ona görə yumşalmaya gedilməlidir. Amma bu o demək deyil ki, virus bitdi. Hətta vaksinasiyadan bir müddət sonra da tibbi maskadan istifadə labüd hesab edilir, həmçinin gigiyenik qaydalara riayət şərtdir”.

Komitə sədri praktikada olduğu kimi yumşalmanın mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb:

"Hansı qərarlar veriləcək, bunlar rəsmilər tərəfindən açılanacaq. Amma hesab edirəm ki, SMS icazə ləğv edilə bilər, bəzi sahələrdə iş bərpa oluna bilər, metro açıla bilər. Bütövlükdə siyahını Operativ Qərargahın üzvləri müəyyən edir. İlkin olaraq, hansı qərarlar veriləcək, hansı sahələrdə fəaliyyət bərpa olunacaq, bunu yalnız Operativ Qərargah açıqlayacaq”.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ramin Bayramlıya da peyvənd vuruldu - CANLI YAYIM

Xəbər verdiyimiz kimi  bu gün vaksinasiya olunacaq ilk şəxslərdən biri də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin ...

Vaksinasiya ilə bağlı bütün DETALLAR: Baş nazirin imzaladığı sərəncamın TAM MƏTNİ

Nazirlər Kabineti "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın təsdiq edib. Sfera.az xəbər veri...

Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanılır

Azərbaycanda bu gündən vaksinasiyaya başlanılır. Sfera.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan COVAX platformasında iştirak edir, eyni...

İlk olaraq Oqtay Şirəliyev peyvənd olunacaq

Məlum olduğu kimi, bu gündən Azərbaycanda koronavirus (COVİD-19) əleyhinə peyvəndləmə başlanır. Sfera.az-ın məlumatına görə, TƏBİB-dən Modern.az-a bildiri...

SMS icazə ləğv edildi

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 16-da qərar imzalayıb. Qərara əsasən, 2021-ci il 18 yanvar ...

Penitensiar xidmətdən məhkumun ölüm səbəbi ilə bağlı - AÇIQLAMA

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonl...