Bu tarixdə Azərbaycanda karantin qaydaları bitəcək

Bu tarixdə Azərbaycanda karantin qaydaları bitəcək
 

Ümumdünya Səhiyyə Təşkilatı deyib ki, koronavirus pandemiyası 2 il və ya daha çox çəkə bilər. Lakin payızın sonunda da bu virusun bitəcəyi ilə bağlı fikirlər səsləndirənlər var. Qeyd edək ki, bu virusa görə yarım ildən çoxdur ki, bütün dünya dövlətlərində, eləcə də Azərbaycanda karantin rejimi tətbiq edilir. Bu gün hər kəsi maraqlandıran sual ölkəmizdə karantin qaydalarının nə zaman bitməsidir.

Bununla bağlı  açıqlamasında professor Adil Qeybulla bildirib ki, payızda digər soyuqdəymə xəstəliklərinin də aktivləşməsi gözlənilir:

"Ona görə karantin davranışları payız aylarında da lazım olacaq. Həmin vaxt bu xəstəliyin sona yetməsi proqnozlaşdırılır. Hesab edirəm ki, yeni ildə biz maskadan yavaş-yavaş canımızı qurtaracağıq. Yəni qapalı məkanlarda maskadan istifadə olunmasına ehtiyac qalmayacaq”.

Adil Qeybulla  vurğulayıb ki, payız aylarında maskadan daha çox xəstələr, yəni özündə hər hansı narahatlıq hiss edənlərin istifadə etməsi vacibdir:

"Yəqin ki, maskadan və dezinfeksiya məhlullarından tam azad olmaq ilin sonunda mümkün olacaq. Əgər bu virus təbiidirsə, yanvaradək bitəcək. Yox, əgər yanvardan sonra da koronavirus davam edərsə, deməli laboratoriyada hazırlanmış xüsusi virusdur. Amma yaxşı olar ki, gələn il də payız fəslində respirator virus xəstəliklərindən qorunmaq üçün insanlarımız maska taxıb, sosial məsafəni gözləsinlər. Yaxınlarını və digər insanları qripə yoluxdurmasınlar. Kollektivdə kimsə xəstədirsə, bütün iş yoldaşları maska taxsınlar”.

 (konkret.az)


OXŞAR XƏBƏRLƏR

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...

Almaniya bu şəhərlərə uçuşları qadağan etdi

Almaniya aprelin 30-dək İranın paytaxtı Tehran və Livanın paytaxtı Beyruta uçuşların ləğv edildiyini açıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Zelenskiyə sui-qəsd hazırlamaq istəyən şəxs saxlanıldı

Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən və Prezident Volodimir Zelenskiyə sui-qəsd etmək istəyən yerli sakin Polşada saxlanılıb. Sfera.az xəbər ...

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.   Federasiyanın Mətbuat Xidmət...

Kriştiano Ronaldo kiçik qızını belə təbrik etdi - FOTO

39 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldo qızı Bella Esmeraldanı 2 yaşını təbrik edib. Ronaldo 628 milyondan çox abunəçisi olan İnstaqram səhifəsin...

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...