Bu sual Muradı özündən çıxardı – “Əl çəkin...”

Bu sual Muradı özündən çıxardı – “Əl çəkin...”
Məşhur türkiyəli müğənni Murat Dalkılıç jurnalistlərin şəxsi həyatı ilə bağlı sualına qəzəblənib.

Sfera.az bildirir ki, ifaçı bu səbəbdən müsahibəni yarıda qoyaraq gedib. Belə ki, konsert qabağı jurnalistlərə açıqlama verən Murata keçmiş sevgilisi Hande Erçelin rol yoldaşı Sitarə Akbaşla sevgili olub-olmadıqları sualı ünvanlanıb. Özündən çıxan Dalkılıç ona düzgün sualların verilməsini tələb edib.

"Əl çəkin, nə edəcəksiniz münasibətimi?”, - deyə ifaçı əlavə edib.

Xatırladaq ki, Sitarə Akbaş "Sen Çal Kapımı” adlı serialda Hande Erçellə birlikdə rol almışdı.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR