No Image
No Image

Bu stadiona Maradonanın adı verilə bilər

Bu stadiona Maradonanın adı verilə bilər
İtaliyanın Neapol şəhərindəki stadionun adı dəyişdirilə bilər.

Sfera.az xəbər verir ki, şəhər şurasının üzvü Karmine Sqambati arenaya bu gün vəfat edən əfsanəvi Dieqo Maradonanın adının verilməsi təşəbbüsü ilə çıxış edib.

O, məsələ ilə bağlı Neapolun İdman Komissiyasının və Qurumun sədri Çiro Boryello ilə müzakirə aparacaq. "Napoli”nin prezidenti Aurelio de Laurentis Avropa Liqasının sabahkı oyununda Maradonanın portretinin stadionda yer almasını istəyib. O, arenanın adının dəyişdirilməsinə də müsbət yanaşdığını bildirib.

Bu gün dünyasını dəyişən 60 yaşlı Maradona 1984-91-ci illərdə "Napoli”də oynayıb və iki dəfə çempionluq qazanıb. 2000-ci ildə onun geyindiyi 10 nömrəli forma istifadədən çıxarılıb.

Qeyd edək ki, Çempionlar Liqasının bu gün keçirilən bütün oyunları bir dəqiqəlik sükutla başlayır.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR