Bu şəxslərin pensiyası 30 faiz artacaq - Nazirlik AÇIQLADI

Bu şəxslərin pensiyası 30 faiz artacaq - Nazirlik AÇIQLADI
Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət sektorunda əməkhaqlarının ciddi şəkildə artımı qanunvericiliyə əsasən, xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının 30 faizdən çox artmasına səbəb olacaq.

Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, onların sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və b. daxildir.

Həmin şəxslərin çalışdıqları sahələr üzrə əməkhaqlarının artımı ilə əlaqədar onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır. Həmin şəxslərin pensiyalarına edilən artımlar əməkhaqlarının artırıldığı vaxtdan hesablanaraq ödənilir.

Beləliklə, ötən ay dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında minimum pensiyanın 200 manata çatdırılması 660 min vətəndaşın, əməkhaqlarının artımı isə xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının əhəmiyyətli dərəcədə artmasına imkan verib.

Nəticədə, cari il ərzində reallaşan ikinci sosial paket 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artması ilə nəticələnib.

OXŞAR XƏBƏRLƏR

Böhrandan necə çıxmalı?- Daxili investisiyalara ehtiyac artır

İqtisadi böhranın baş verməsi investisiya qoyuluşuna da mənfi təsir göstərir. Tənəzzül dövründə imkanlı şəxslər, şirkətlər, iri investorlar, həmçinin banklar ...

Rəqabət Məcəlləsinin qəbulu niyə müşkülə çevrilib? - PROBLEM

Azərbaycanda iqtisadi sahəsində münasibətləri tənzimləyən və qəbulu uzanan mühüm qanunvericilik sənədlərindən biri də Rəqabət Məcəlləsidir. Azad rəqabət mühit...

Dollar alışı kəskin azalıb – Aylar üzrə statistika açıqlandı

Bu ilin mart ayında dollara artan kəskin tələbdən sonra dollar alışında sürətli azalma müşahidə edilir.   Sfera.az-ın məlumatına görə, Mərkəzi Bank...

Pandemiya dövründə varlanmaq istəyənlər üçün QIZIL YAZI

Ötən ildən başlayaraq qızılın qiymətinin bahalaşması prosesi hələ də davam edir. Bunun nəticəsində iyunun 24-də qızılın dəyərində son illərin ən yüksək səviyy...

Orta pensiya məbləği 293 manat olacaq – Nazirdən ŞAD XƏBƏR

  Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq, 293 manat ətrafında olmalıdır. Sfer...

"Uşaqpulu"nun məbləği nə qədər olacaq? - Ekspertdən təklif

Hansı yaş qrupuna nə qədər ayrılacaq Hökumətdə uşaq pulu məsələsi çox ciddi şəkildə müzakirə olunur. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini,...