Bu şəxslərin icazəsi ləğv edildi - RƏSMİ

Bu şəxslərin icazəsi ləğv edildi - RƏSMİ
 

Karantin rejimi qaydalarına zidd olduğu üçün icazə-e-gov.az portalından ləğv edilən icazələrin sayı açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov "Real" tv-nin efirində deyib.

 

Onun sözlərinə görə, bu günə kimi 46 360-dan çox təşkilat tərəfindən 755 min icazə daxil edilib və aktiv icazə sayı 680 mindir.

 

F.Cəfərov vurğulayıb ki, bu günə kimi karantin rejimi qaydalarına zidd olan 65 min icazə icazə-e-gov.az portalından ləğv edilib.

 

Qeyd edək ki, aprelin 10-dan karantin rejimi qaydalarına zidd olan icazələrin portaldan avtomatik rejimdə ləğv edilməsinə başlanılıb.


OXŞAR XƏBƏRLƏR