Bu şəxslər maaşdan əlavə 6000 manat alacaq - SİYAHI

Bu şəxslər maaşdan əlavə 6000 manat alacaq - SİYAHI
"İcbari tibbi sığorta sistemində 2A kateqoriyasına daxil edilən xəstəxanaların baş həkimi (direktor) 6000 manat məbləğində maaş əlavəsi alacaq. 2B kateqoriyasında olan xəstəxanaların baş həkimi isə 6000 manatın 70 faizi həcmində əməkhaqqı əlavəsi alacaq”.

Sfera.az xəbər verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında İcbari Tibbi Sığorta Agentliyinin büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinin koordinatoru Nəsimi Nuriyev deyib. O bildirib ki, xəstəxanalarda iki direktor müavini vəzifəsi nəzərdə tutulub: "Onların maaşı baş həkimin maaşına bağlıdır. A kateqoriyasında olan xəstəxananın direktor müavinləri baş həkimin əlavəsinin 50 faizi məbləğində, yəni 3000 manat əlavə alacaq. Eynilə A kateqoriyasında olan xəstəxananın şöbə müdiri 1500, şöbə müdirinin müavini 1125, digər qeyri- tibb işçisi isə 450 manat maaş əlavəsi alacaq. 

Bu ayın sonundan etibarən birinci mərhələdə pilot layihələr tətbiq edilən regionlarda xəstəxanalarının müvafiq şəxslərinin əməkhaqlarına kateqoriyalara əsasən, müvafiq əlavələr həyata keçiriləcək”.

Onun sözlərinə görə, icbari tibbi sığorta mexanizmində qiymətləndirmə meyarlarına, topladığı ballara görə xəstəxanalar 3 qrupa bölünüb:

"Məsələn, Bakı şəhərində Neftçilər xəstəxanasının etdiyi əməliyyat Xaçmazda yerləşən xəstəxanada icra olunmur. Ona görə də Agentlik oranın direktorunun maaş əlavəsi ilə Bakıdakı Neftçilər xəstəxanasının direktoruna eyni əməkhaqqı əlavəsini verə bilməz. Bu, ədalət prinsipinin qorunmaması demək olardı. Ona görə də biz kateqoriyalar sistemini yaratdıq. Bu meyarlar sisteminə görə faiz dərəcələri müəyyən olundu. Faiz dərəcələrinin işlənilməsində həm agentliyin, həm TƏBİB- in mütəxəssisləri ictimaiyyətdən ekspertlər iştirak etdilər. Bu layihə davamlı layihə olacaq”.

OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...