No Image
No Image

Bu şəxslər koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurmasın! – Həkimdən XƏBƏRDARLIQ

Bu şəxslər koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurmasın! – Həkimdən XƏBƏRDARLIQ
"Əgər koronavirusa qarşı vaksinin birinci dozasından sonra şəxs koronavirusa yoluxursa, ikinci dozaya gərək yoxdur".
 
Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov bildirib. Həkimin sözlərinə görə yoluxduqdan sonra qısa müddət ərzində ikinci dozanın da tətbiqi təhlükə yarada bilər:

"Koronavirusa yoluxub sağalan şəxsin qısa müddətdə vaksin vurdurması onun sağlamlığına ciddi təhlükə yarada bilər. Xəstəliyə yoluxduqdan sonra gərək 6 ay keçsin ki, vaksinin ikinci dozası vurulsun. Hələ ki, ikinci növ vaksinin vurulması üçün də minimum 6 ay limiti qoyulub. Peyvəndin vurulmasından 6 ay keçdikdən sonra yəqin ki, bu müddətdə dəyişiklik ola bilər. Yəni bədəndə immunoqlobinlərin miqdarından asılı olaraq müddət uzadıla bilər".

Həkim onu da bildirib ki, peyvənddən əvvəl bu baxımdan müayinə olunmaq zəruridir:

"Peyvənddən əvvəl xəstə həkim tərəfindən müayinə edilməli, təzyiqi, temperaturu ölçülməli, burun və boğazın selikli qişasının vəziyyəti yoxlanılmalıdır”.

Əzizə Zeynal
Sfera.az 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yoluxanlarla bağlı bu günə olan statistika

Azərbaycanda bu gün koronavirus infeksiyasına 136 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər verir ...

Azərbaycanda vaksin sertifikatının müddəti uzadıldı - RƏSMİ

Koronavirus xəstəliyini keçirən və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozası...

Vaksin Delta ştammından neçə faiz müdafiə edir? - İnfeksionistdən AÇIQLAMA

"COVİD-19-un Delta ştammının Cənubi Qafqazda yayılma ehtimalı çoxdur, çünki qonşu ölkələrdə də artıq bu ştamma yoluxanlar var. Digər tərəfdən dünyanın artıq 96 ...

Əhalisinin 85 faizi vaksinasiya olunmuş İsraildə yoluxma niyə artır? – Həkimdən açıqlama

"Bu ölkədə yüksək vaksinasiya fonunda yoluxma sayının artmasını heç də peyvəndlənmənin prosesə təsirinin olmadığı kimi qiymətləndirmək olmaz”. Bu sözlə...

Oxford alimləri peyvəndlərlə bağlı inanılmaz həqiqəti üzə çıxardı – Bütün dünya yeni sistemə keçə bilər

Oxford Universitetinin alimləri tərəfindən edilən son araşdırma 1-ci və 2-ci dozada fərqli peyvəndlərin tətbiqinin daha təsirli olduğunu üzə çıxarıb.  &nb...

TƏBİB: Uşaqlara vaksin vurulması məsələsi müzakirə edilir

"Hazırda ölkədə qəbul olunmuş strategiyaya uyğun olaraq yalnız 18 yaş üzəri vətəndaşlara vaksin vurulması tövsiyə edilir". Sfera.az xəbər verir ki, bunu Tibbi ...