Bu şəxslər koronavirus yoluxdurmur - ÜST-dən gündəmi alt-üst edəcək AÇIQLAMALAR

Bu şəxslər koronavirus yoluxdurmur - ÜST-dən gündəmi alt-üst edəcək AÇIQLAMALAR
"Pandemiyanın başlamasından 6 ay keçib. Avropada vəziyyət yaxşılaşsa da, pandemiya dünyada daha pis duruma gəlib”.

Bu sözləri BMT yanında Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adanom Qebreyesus deyib.

Pandemiya müddətində ən pis günün 8 iyun olduğunu bildirən baş katib sadəcə həmin gün 136 min yeni yoluxma faktının qeydə alındığını bildirib: "Hazırda ölkələrin karantin rejimini ləğv etməsinin zamanı deyil. Ötən gün qeydə alınan yoluxma faktlarının 75 faizi Cənubi Asiya və Amerika qitəsindəki 10 ölkədə olub”.

ÜST-ün Fövqəladə Hallar Bölməsinin rəhbəri May Rayn isə ikinci dalğaların qarşısını almaq üçün tədbirlər görülməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Amerika qitəsində vəziyyət pisləşməyə doğru gedir.

ÜST-ün virusla bağlı texniki briqadasına başçılıq edən Mariya Van Kerkove qeyd edib ki, simptom göstərməyən xəstələrdən COVİD-19 xəstəliyinin keçməsi nadir rast gəlinir.


OXŞAR XƏBƏRLƏR