Bu şəxslər isti havalarda diqqətli olmalıdır

Bu şəxslər isti havalarda diqqətli olmalıdır
Anomal istilərdə sağlamlığınızı diqqətlə izləməlisiniz. Hər şeydən əvvəl bu, ürək-damar sistemi xəstəliklərindən, xüsusən də hipertoniyadan əziyyət çəkən insanlara aiddir.

Sfera.az xəbər verir ki, bu barədə rusiyalı kardioloq Darya Volkova "360” televiziya kanalına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, xüsusilə ürək xəstəliyi olan insanlar dərmanları qəbul etməyə davam etməlidir:

"Dərman qəbul etmələrinə baxmayaraq, təzyiq yüksəlirsə, təcili yardım üçün başqa preparatlar var. Həddindən artıq istidirsə və təzyiq qalxıbsa, sərin və yaxşı havalandırılan bir otağa getmək lazımdır. Hətta sinənizi və ayaqlarınızı soyuq su ilə yuya bilərsiniz. Burnunuzdan dərin nəfəs alın, bunun üçün xüsusi tənəffüs məşqləri də var. Bu, damarların rahatlamasına və təzyiqin azalmasına kömək edir”.

Həddən artıq isti havada günvurma riski var. Üstəlik, günvurma zamanı təzyiq yüksəlmir, əksinə, düşür. İnsanda taxikardiya, başgicəllənmə və qusma inkişaf edə bilər. Bu cür simptomlar müşahidə olunursa, təcili olaraq sərinləmək və mümkün qədər çox su içmək lazımdır.

Bundan əlavə, mütəxəssis hipertoniya xəstələrinə yalnız günortaya qədər günəş vannası qəbul etməyi və 12:00-dan 16:00-a qədər kölgədə qalmağı məsləhət görür. İstilərdə bütün insanlar üçün standart olan ümumi profilaktika qaydalarına riayət etməlisiniz.

Gündə ən az 2 litr su içməlisiniz. Açıq havada günəş işığı altında olmaqdan çəkinin. Gündüzlər küçədə kölgəli yerlər seçin və şlyapa taxmağı unutmayın.
(Medicina.az)

OXŞAR XƏBƏRLƏR

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ap...