Bu şəxslər də ünvanlı sosial yardım ala biləcək - Gələn ildən...

Bu şəxslər də ünvanlı sosial yardım ala biləcək - Gələn ildən...
Gələn ildən insanların ünvanlı sosial yardım almaq üçün müraciət imkanları genişlənəcək.

Sfera.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, ünvanlı sosial yardımı təyin etmək üçün lazım olan ehtiyac meyarı 170 manatdan 200 manata artırıldığına görə ünvanlı sosial yardım almaq üçün müraciət etmək imkanı da artır:

"Əvvəl ehtiyac meyarı 170 manat idi, yəni kimin ailəsinə 170 manata qədər gəlir gəlirdisə, onlar ünvanlı sosial yardım almaq üçün müraciət edə bilərdi. Gələn ildən isə ehtiyac meyarı 200 manata qaldırıldığına görə 200 manata qədər gəliri olan ailələr də müraciət etmək imkanına malik olacaq. Düzdür, indidən nə qədər insanın müraciət edəcəyini demək olmaz, ancaq daha çox insan müraciət etmək imkanına malik olacaq".

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...