Bu şəxslər açıq havada da maska taxmalıdır - XƏBƏRDARLIQ

Bu şəxslər açıq havada da maska taxmalıdır - XƏBƏRDARLIQ
"Pandemiya zamanı sərt karantin rejiminin yumşaldılması həm əhalinin məsuliyyətinin artması, maskadan daha çox insanın düzgün istifadə etməsi, təhsil müəssisələrinin bağlı qalması, təbii iqlim şəraiti (virusun mutant variantının xüsusiyyətlərinin zəifləməsinə səbəb olur – red) və COVİD-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə  həyata keçirilən tədbirlərin effektivliyi səbəbindən oldu”.


Sfera.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.


İnfeksionist bildirib ki, hər nə qədər karantin yumşaldılsa da maskadan istifadə, sosial məsafə və əl gigiyenası qaydalarına mütləq riayət olunmalıdır:


"Təbii ki, yumşalmalar barədə qərarın verilməsində vaksinasiyanın da rolu böyükdür. Çünkü Azərbaycanın qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdı. Ancaq insanlar yenə də karantin rejiminin yumşaldılmasına baxmayaraq daimi olaraq əl gigiyenasına riayət etməlidir, sosial məsafəni gözləməlidir, vaksinasiya olunmalı olan şəxslər mütlə vaksinasiya olunmalıdır, qapalı məkanlardan bacardıqca uzaq durmaq lazımdır. Əgər qapalı məkanlardan məcburi şəkildə istifadə etmək zərurəti yaranıbsa, mütləq tibbi maskadan istifadə edilməlidir və məkan havalandırılmalıdır.


Açıq havada da simptomları (kəskin respirator xəstəlik – soyuqdəymə, qrip) olan şəxslərin maska taxması məqsədə uyğundur. Bu, bizi təkcə koronavirusdan deyil, digər hava damcı yolu ilə keçən infeksiyalardan da qoruyacaq. Yəni simptomu olan şəxsin hər yerdə maska taxması  digər insanları hər hansı bir hava damcı yolu ilə keçən xəstəliklərdən qoruyacaq. Ona görə də hər nə qədər də qaydalar yumşaldılsa da dediyim bu nüanslara insanlar riayət etməkdə davam etməlidirlər”.



OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...