Bu şəxsi tanıyanlar polisə məlumat versin - Foto

Bu şəxsi tanıyanlar polisə məlumat versin - Foto

Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır.

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə naməlum kişi meyitinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (tel: (012) 434-02-02) zəng vuraraq məlumat vermələri xahiş olunur.(yeni sabah)


OXŞAR XƏBƏRLƏR