Bu səlahiyyət QMİ-dən alınır

Bu səlahiyyət QMİ-dən alınır
Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır.

Sfera.az xəbər verir ki, bu, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Bu zaman müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Qeyd edək ki, qanunun hazırkı variantı isə belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiya edilir".
 
(report)

OXŞAR XƏBƏRLƏR

Ölkədaxili sərnişin qatarlarının hərəkəti nə vaxt bərpa ediləcək? - VİDEO

2 ilə yaxındır ki, Bakıdan bəzi regionlara və əks istiqamətdə sərnişin qatarlarının hərəkətinə qadağa qoyulub. Buna səbəb kimi isə ölkəmizdə koronavirus pandemi...

Aviabiletlərin "uçan" qiymətləri - VİDEO

Aviabiletlərin qiymətləri yenidən bahalaşıb. Xüsusilə son vaxtlar qonşu Türkiyə, Gürcüstan və Rusiyaya təyyarə ilə gedib-gəlmək olduqca baha başa gəlir. Quru sə...

SON DƏQİQƏ: Tanınmış jurnalistin vəfatı xəbəri yayıldı - Bu ölkədə imiş...

Tanınmış jurnalist İradə Cəlilin vəfatı ilə bağlı xəbər yayılıb.   Jurnalistin yaxınları Yenicag.az-a verdikləri açıqlamada, "Ölüm xəbəri yalandı...

Azərbaycanda körpü uçdu - İnsanlar çayı belə keçir - VİDEO

Bu dəfə də Gədəbəydə bir neçə kəndi birləşdirən körpü uçub. Çünki bir müddətdir  ki, ölkə ərazisində əsasən qeyri-sabit hava şəraiti müşahidə olunur, yağın...

Fuad Vəlixanov vəfat etdi

Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.   Sfera.az-ın məlumatına görə, xeyli vaxtdır xəstəlikdən əziyy...

Azərbaycanın Xarkovdakı Fəxri konsulluğu fəaliyyətini bərpa etdi

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri konsulluğu fəaliyyətini bərpa edib.   Sfera.az xəbər verir ki, bu barədə konsulluğun saytında məlumat...