Bu şəkil 2021-ci ilin “Ən gülməli vəhşi təbiət fotosu” adlandırılıb

Bu şəkil 2021-ci ilin “Ən gülməli vəhşi təbiət fotosu” adlandırılıb

"Comedy Wildlife Photography Awards-2021” (CWPA) mükafatının qalibi məlum olub. Bu barədə CWPA komitəsinin mətbuat xidmətindən məlumat verilib.


Sfera.az "Lente.ru”ya istinadən xəbər verir ki, 2021-ci ildə vəhşi təbiətin ən gülməli fotosuna "Oy!" (Ouch!) adı verilib. Fotoda məftil üzərində oturan erkək meymun əks olunur. Şəkil Ken Jensen tərəfindən 2016-cı ildə ailəvi tətil zamanı Çində çəkilib.


Fotonun müəllifi mükafat kimi Keniyadakı Masai Mara Təbiət Qoruğuna bir həftəlik safari səfəri qazanıb.


Ümumilikdə, bu il müsabiqənin münsiflər heyəti 7000-dən çox ərizəyə baxıb və 42 finalçı seçib. Rəqs edən ayılar, qəzəbli rəngarəng sığırcın, kıkıldayan suiti və digər heyvanlar da qələbə üçün mübarizə aparıblar.


Beynəlxalq Gülməli Heyvan Fotoqrafiya Müsabiqəsi 2015-ci ildə vəhşi təbiətin qorunmasına zarafatla töhfə vermək istəyən fotoqraflar Paul Joinson-Hicks və Tom Sallam tərəfindən təsis edilib. Hər il keçirilən müsabiqənin məqsədi təkcə vəhşi təbiət aləmi haqqında məlumatlılığı artırmaq deyil, həm də onu qorumaqdır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR