Bu şəhərdə insanlar daha çox pələnglər tərəfindən öldürülür -FOTOLAR

Bu şəhərdə insanlar daha çox pələnglər tərəfindən öldürülür -FOTOLAR
Bu şəhərdə insanlar daha çox pələnglər tərəfindən öldürülür. 

Söhbət Banqladeşin Şatkira şəhərindən gedir. Burda yaşayan insanların dediyinə görə şəhər tez-tez təbii fəlakətlərin qurbanı olur. Şəhərdə qasırğa və sel fəlakətləri baş verdiyindən insanlar evlərindən didərgin düşürlər. Bununla yanaşı, ovçuluq və balıqçılıqla məşğul olan ailə başçıları meşələrdə pələnglərin qurbanı olurlar. 

2012-ci ildə Riza adlı qadının Maze adlı həyat yoldaşı meşədə balıq tutarkən pələngin hücumuna məruz qalıb və həyatını itirib. Riza indi üç uşağına çətinliklə də olsa özü baxır. Monovara Xatun adlı 50 yaşlı qadın isə 2007-ci ildə baş verən qasırğada həyat yoldaşını itirib. Onların da üç uşağı qalıb. 

Banqladeş qasırğalar, daşqınlar və torpaq sürüşmələrinə qarşı olduqda müdafiəsiz bir yerdir. Burda dəniz səviyyəsinin qalxması nəticəsində yaxın 40 il ərzində 18 milyon insanın evindən didərgindüşəcəyi deyilir.Moderator






OXŞAR XƏBƏRLƏR