Bu sahəyə də dövlət dəstəyi veriləcək - AÇIQLAMA
18:45 / 25.04.2020
4760
"Koronavirusdan zərər görmüş KİV-lərə də dəstək göstərilməsi gözlənilir”.
Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib.
O qeyd edib ki, KİV-lər Vergilər Nazirliyinin taxes.gov.az saytında qeydiyyatdan keçməlidirlər:
"Poliqrafiyalar saytdan müraciət etsinlər. Onların müraciətlərinə baxılacaq. Bununla bağlı məlumat sistemdə yerləşdirilib. Beşrəqəmli fəaliyyət növü üzrə vergi ödəyiciləri müraciət edə bilərlər”.