“Bu reaksiyalardan sonra Ermənistan “müstəqillik” illüziyasından əl çəkməlidir” – Azay Quliyev

“Bu reaksiyalardan sonra Ermənistan “müstəqillik” illüziyasından əl çəkməlidir” – Azay Quliyev
 "Dağlıq Qarabağda keçirilən qanunsuz "seçkilər”ə dair beynəlxalq ictimaiyyətin reaksiyası, Avropa İttifaqı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ayrı-ayrı ölkələrin bəyanatları Ermənistanın işğalçılıq siyasətinin və etnik separatizmin tam iflasını və Azərbaycanın ərazi bütövlüyünə alternativin olmadığını bir daha nümayiş etdirdi. Belə prinsipiallığa görə bütün beynəlxalq təşkilatlara və ölkələrə təşəkkür edirəm”.

Sfera.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çıxış edib. "İşğalçı Ermənistan bundan nəticə çıxararaq Dağlıq Qarabağa müstəqilliyin verılməsı kimi illüziyalardan əl çəkməlidir” – deyə A.Quliyev bildirib. (turkustan.info)


OXŞAR XƏBƏRLƏR