Bu rayonda narkotacirlər şəbəkəsi saxlanıldı

Bu rayonda narkotacirlər şəbəkəsi saxlanıldı
 

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonu üzrə regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 44 yaşlı Ceyhun Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Hal şahidlərinin iştirakı ilə C.Əhmədovun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan iki bükümdə, yaşadığı evdən isə satış üçün hazırlanmış 54 ədəd bükümdə narkotik maddə olan heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Ceyhun Əhmədov ifadəsində narkotik maddələri satmaq üçün rayon sakinləri, 41 yaşlı Xalid Əmirəliyev və əvvəllər məhkum olunmuş, 34 yaşlı Sadiq Talıbovdan aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul digər dəstə, X.Əmirəliyev və S.Talıbov şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunublar. Onların yaşadıqları evlərə keçirilən baxış zamanı,  Xalid Əmirəliyevə məxsus fərdi yaşayış evindən satış üçün hazırlanmış heroin, çəkisi 9 kiloqrama yaxın olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları və elektron tərəzi, Sadiq Talıbova məxsus evdən isə satış üçün hazırlanmış narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...