Bu qurumların mobil tətbiqləri hazırlanmalıdır - Ekspert nazirlikləri QINADI

Bu qurumların mobil tətbiqləri hazırlanmalıdır - Ekspert nazirlikləri QINADI
"Elə sahələr var ki, vətəndaşların daha rahat və effektiv istifadəsi üçün mobil tətbiqlərə ehtiyac var. Təəssüf ki, uzun illər keçməsinə baxmayaraq, ehtiyac olan bəzi sahələrdə bu tip mobil resurslar hazırlanmayıb".

Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. İT üzrə ekspert faydalı mobil tətbiqləri bu şəkildə sıralayıb:

"Araşdırmalar göstərir ki, hazırda ictimai –faydalılıq və kütləvilik baxımından daha ciddi ehtiyac olan, hazırlanmalı olan mobil tətbiqlər aşağıdakılardır:

1. "102 xidməti” mobil tətbiqi ( DİN hazırlamalıdır)

2. "112 xidməti” mobil tətbiqi ( FHN hazırlamalıdır)

3. Mobil Vergilər ( Vergilər Nazirliyi hazırlamalıdır)

4. Mobil MİDA ( MİDA hazırlamalıdır)

5. "113 Təcili yardım” mobil tətbiqi (Səhiyyə Nazirliyi hazırlamalıdır) və s.

ADY və Beynəlxalq Avtovağzalın da bilet satışı üzrə mobil tətbiqlərinin hazırlanması faydalı və doğru olardı.

"102 zəng xidməti” 2004-cü ildən, Prezident fərmanı əsasında yaradılıb və qeyd edim ki, yetərincə effektiv də işləyir. Amma müasir dövrdə bu xidmətin mobil versiyasına ciddi ehtiyac var.

Uzun illərdir ki, Fövqəladə Hallar Nazirliyinin Qaynar xətt xidməti - ”112 zəng xidməti” mövcuddur. Yanğınlar zamanı, müxtəlif qəzalar, ağır yol-qəza hadisələri, xilasetmə hallarında , köməksiz vəziyyətdə qaldıqda və s. hallarda bu xidmətdən kömək istənilir. Maraqlıdır ki, indiyədək də bu xidmətin mobil versiyasını hazırlaya bilməyiblər. Bildiyim qədər FHN bir neçə dəfə belə bir mobil xidmətin hazırlanacağı haqqında məlumatlar vermişdi. Lakin göründüyü kimi nəticə ortada yoxdur . Bu nəhənglikdə Nazirliyin belə faydalı və ehtiyac olan resursu hazırlaya bilməməsi təəccüblü və düşündürücüdür".
 
Ekspert Vergilər Nazirliyini və Səhiyyə Nazirliyinin mobil tətbiqlərinin hazırlanmadığını təəssüflə qeyd edib: 
 
"Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi kimi nəhəng resurslara malik olan, kütləvi və ictimai-sosial əhəmiyyətli  xidmətlər təqdim edən  dövlət qurumlarının da indiyədək mobil həllər hazırlamaması təəssüf doğurur. Bildiyim qədərilə Vergilər Nazirliyi milyonlarla vəsait ayırıb AVİS və digər vergi infrasrukturunun  rəqəmsallaşmasını həyata keçirir. Bunlar əslində çox faydalıdır. Amma maraqlıdır ki, bu rəqəmsal tədbirlərin içərisində "Mobil vergi " tətbiqinin hazırlanması nəzərdə tutulmayıb. Düşünürəm ki, bunlar doğru bir yanaşma deyil. Fikrimcə adı çəkilən qurumların mobil həllər təqdim etməsi indiki zamanda olduqca vacibdir.
 
Yeri gəlmişkən, bütün bunlar həm də onu göstərir ki, elektron hökumət quruculuğuna cavabdeh olan  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət  Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin də mobil hökumət quruculuğu sahəsindəki fəaliyyəti qənaətbəxş deyil. Müxtəlif xidmət sahələrində mobil həllərin hazırlanmasına, kordinasiya və inteqrasiya məslələrinə diqqət artırılmalıdır. Hazırda pərakəndə formada, bir neçə portalda olan  olan eGov xidmətlərin vahid bir mərkəzə toplanması, mobil həllərə inteqarsiyası sürətlənməlidir. Xeyli müddət keçməsinə baxmayaraq   myGov resursu hələ də təkmil formaya gətirilməyib. Düşünürəm ki, EHİM və yuxarıda adı çəkilən qurumlar birlikdə tez bir zamanda mobil həllər sahəsində fəaliyyəti canlandrımalıdırlar".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...