Bu qurumlar müraciətlərə necə cavab verir? - Ekspert

Bu qurumlar müraciətlərə necə cavab verir? - Ekspert
 İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, yaranan problemlərin operativ həlli kommunal xidmət müəssisələrinin xidmət keyfiyyətinin başlıca göstəricilərindəndir.
 
Ölkədə kommunal xidmət göstərən "Azəriqaz” İstehsalat Birliyi 104 və 185, "Azərişıq” ASC 199, "Azərsu” ASC isə 955 saylı Çağrı Mərkəzi vasitəsilə əhalinin müraciətlərinə, şikayətlərinə baxır.
 
Bəs qurumlar daxil olan şikayətləri, müraciətləri necə cavablandırır? Kommunal xidmət göstərən qurumların müraciətlərə cavab verməsi qənaətbəxşdirmi? Qurumlar bu sahədə hansı yeniliklər edib?
 
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov Sfera.Az-a bildirib ki, son vaxtlarda kommunal xidmət göstərən qurum kimi "Azəriqaz”ın fəaliyyətində bir çox yeniliklər həyata keçirilib, demək olar ki, qurumun fəaliyyəti tamamilə yaxşılaşdırılıb.
 
Onun sözlərinə görə, bu qurumdan şikayətlər də azalıb, əhalinin razılığı hiss olunur: "Bu il demək olar olar ki, "Azəriqaz”la bağlı şikayət almamışam. Bu qurumun rəhbəliyi istər hüquqi, istərsə də fiziki şəxslərlə müntəzəm olaraq əlaqədədir. Bundan başqa, "Azəriqaz” rəhbərliyi tərəfindən tez-tez mətbuat konfransları keçirilməsinin, meyvə-tərəvəz yetişdirən, istixana sahibləri ilə görüşlərin olmasının, istehlakçıları narahat edən məsələlərin yerindəcə dinlənilməsinin, mövcud problemlərin həll olunması istiqamətində işlər görülməsinin şahidi oluruq. Əsas məsələ odur ki, rəhbərlik istehlakçılardan qaçmır. Bir halda təchizatçı müəssisələrin rəhbərliyi əhali ilə görüşdən qaçmır, bu, müsbət haldır. Bu onu göstərir ki, rəhbərlik ölkə Prezidentinin göstərdiyi kurs üzrə hərəkət edir”.
 
O qeyd edib ki, bu işlər insanlar tərəfindən böyük rəğbətlə qarşılanır və əhalinin qayğılarının həll olunması istiqamətində düşünülmüş məqsədyönlü hərəkətdir.
 
Ekspert su təchizatı qurumunun da bu istiqamətdə uğurla çalışdığını qeyd edib

OXŞAR XƏBƏRLƏR

Nikita Xruşşovun oğlu ABŞ-da öldü

Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş birinci katibi Nikita Xruşşovun oğlu, texnika elmləri doktoru Sergey Xruşşov 85 yaşında ABŞ-da...

Bir cümləlik reklam mətnində 14 hərf səhvi – “Paulaner” şirkətindən Azərbaycan dilinə hörmətsizlik

Azərbaycanda mal və xidmətlərin çeşidi genişləndikcə rəqabət də artır. Hər kəs öz məhsulunu və xidmətini reklam etməyə, bu yolla da gəlirini artırmağa çalışır...

“Düzgün müalicə yazmaq əvəzinə...” - "Biolab” Tibb Mərkəzindən şikayət

Özünü Lei La kimi təqdim edən istifadəçi Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb. Sfera.az paytaxtda fəaliyyət göstərən tri...

Fırıldaqçılar koronavirusdan qorxan insanları aldatmaq üçün yeni yol tapıb - DETALLAR

Pandemiyadan qorxan İnternet istifadəçiləri pul köçürməkdən imtina etdikləri təqdirdə koronavirus infeksiyasına yoluxdurulacaqları ilə təhdid edilməyə başlayı...

"Palmali"dən növbəti manipulyasiya, yoxsa sərfəli "susqunluq"?

Son günlər sosial şəbəkələrdə "Palmali" Şirkətlər Qrupunun prezidenti, hazırda həbsdə olan Mübariz Mənsimovun koronavirus pandemiyasından zərər çəkmiş 500 min ...

“Anamla ermənilərin göyərçin saxladığı quş damında qalırdıq...” – Kamil Zeynallı yoxsul uşaqlığını xatırladı

Fitnes məşqçisi Kamil Zeynallının sosial şəbəkələrdə paylaşdığı videolar çox müzakirə olunur.   İmkansız ailələrə, qoca və əlillərə maddi yardım edən ...