Bu qızlardan gələn zəngləri açmayın!

Bu qızlardan gələn zəngləri açmayın!
Ötən gün YAP-ın Binəqədi rayon təşkilatının sabiq sədri Rasim Göyüşovun virtual intim görüntüləri yayılıb. Bu xoşagəlməz məsələ gündəmə gəldikdən sonra aydın olub ki, sosial şəbəkə istifadəçiləri arasında eyni üsulla "tora salınan” başqa şəxslər də var.

Sfera.az xəbər verir ki, artıq bu tələyə düşən insanların sayı çoxaldığı üçün, həmin şəxslərin iş mexanizmi də müəyyənləşib.

Belə ki, şantajçılar sosial şəbəkə hesabına cəlbedici və açıq-saçıq gənc qız fotolarını qoymaqla əvvəlcədən seçdikləri kişilərə dostluq göndərirlər. Öncədən telefonda ekrangörüntüsünü videoya çəkən proqramı aktivləşdirdikdən sonra, həmin şəxslərə görüntülü zəng edirlər. Zəngə cavab verilən andan proqram aktivləşir və erotik hərəkətlər edən "qadın” qarşı tərəfin diqqətini cəlb etməyə və onu mümkün qədər daha uzun müddətdə videozəngdə saxlamağa çalışır. 

Zəng edilən kişinin erotik hərəkətlər edən gənc qıza reaksiya verib-verməməsindən asılı olmayaraq, zəngin əvvəlindəki bir neçə saniyə həmin şəxslərin artıq "tora düşməsi” üçün bəs edir. Çünki qarşılaşdığı görüntünü anlamağa çalışan, yaxud elə buna maraq göstərən şəxs bir neçə saniyə də olsa, videoya baxmağa məcbur olur. Əgər zəng edilən kişi həmin gənc qıza maraq göstərib daha da irəli gedərsə, onun sonrakı taleyi sosial şəbəkələrdə, xəbər saytlarında manşet olur.

Amma burada maraq göstərməmək də kişiləri xilas etmir. Çünki videozəngi qəbul etdikdən sonra çəkilən bir neçə saniyə də həmin şəxsi şantaj etməyə bəs edir. Daha sonra saxta hesab arxasında olan şəxslər zəng etdiklərinin kişinin qeydə alınan videosunu özünə göndərib yayacaqları ilə hədələyib böyük məbləğlərdə pullar tələb edirlər. Artıq bu günədək bir neçə tanınmış şəxsin bu formada videosu sosial şəbəkələrdə yayılıb. Onlardan biri Naxçıvanda tanınmış bir dindar, digəri YAP-ın sabiq təşkilat sədri Rasim Göyüşov, daha biri isə Gürcüstanın azərbaycanlı deputatı Ruslan Hacıyevdir.

Bu tip tələlərdən qorunmaq üçün sosial şəbəkələrdə şəxsən tanımadığınız, hesabında kifayət qədər məlumat olmayan, öz şəxsi və ictimai həyatı ilə bağlı mütəmadi paylaşımlar etməyən, ortaq dostlarınızın az olduğu, yayımladığı şəkillərin axtarış sistemlərində tapması ilə bağlı şübhələr olan profillərdən gələn dostluq istəklərini qəbul etməyin. Daha da önəmlisi, şəxsən tanımadığınız şəxslərdən gələn videozənglərə cavab verməyin.

Sosial şəbəkənin qlobal bir platforma olduğunu və burada IP adresi, olduğun yeri gizlətmək üçün kifayət qədər imkanların olduğunu nəzərə alaraq, bu oyunu oynayan şəxsin də hüquq-mühafizə orqanları tərəfindən tapılmasının çətin olduğunu bilmək lazımdır. Bu mexanizmdə əsas məsələ həmin "tora düşməmək”dir.
 
(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...