Bu qiymətə telefon olar?! - VİDEO
23:48 / 13.05.2016
2217
"Vertu"kolleksiyasına yeni model – "Pure Jet Red Gold" əlavə edilib.
Bu smartfonun dəyəri 21 min 900 dollardır. Aparat 4,7 düymlük "Full HD" təsvir ölçülü ekran, 2 QB əməli yaddaş, "Snapdragon 801" prosessoru, 64 QB daxili yaddaş, 13 meqapiksellik "Hasselblad" kamerası və "Band & Olufsen" şirkətinin qabaqcıl audio texnologiyası ilə təchiz olunub.
"Pure Jet Red Gold" smartfonu görünüşcə şirkətin başqa smartfonuna ("Signature Touch") çox oxşayır, amma fərq var.
Gurluluq tənzimləyicisi və dizaynın başqa elementləri qızılla işlənib, smartfonun korpusu keramik işləmələrdən ibarət titandan hazırlanıb və arxa panel isə Alp dağlarında böyüdülmüş buzovun dərisindən işlənib.
]