Bu qaydalara əməl etməyən imtahandan qovulacaq - DİQQƏT!

Bu qaydalara əməl etməyən imtahandan qovulacaq - DİQQƏT!
 

Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan "ProctorDİM" adlı xüsusi proqram təminatı vasitəsilə iyunun 9-da növbəti onlayn sınaq imtahanı keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, imtahanda iştirak ödənişsizdir. İmtahana qeydiyyat 8 iyun saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 9-da saat 12:00-da keçirilməsi nəzərdə tutulur. İmtahanda hələlik 500 istifadəçinin iştirakı planlaşdırılır.

Yeni sınaq imtahanında 5 iyunda təqdim olunan test tapşırıqlarından istifadə olunacaq.

İmtahana yalnız aşağıda qeyd olunan vaxtda imtahanda iştirak etmək imkanı olan şəxslərin yazılması tövsiyə olunur. Bundan əlavə, 5 iyunda keçirilən imtahanda davranış qaydalarını (imtahan otağını tərk edib qayıtmaq, kiminləsə danışmaq və s.) 20-yə yaxın şəxs pozsa da, proqramı və nəzarət sistemini yoxlamaq məqsədilə onlara imtahanlarını başa çatdırmaq imkanı yaradılmışdır.

9 iyunda keçiriləcək imtahanda isə qaydaları pozan şəxslərin imtahanı dərhal dayandırılacaq.

Xatırladaq ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü video nəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.

İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.

Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçi topladığı bal haqqında məlumat alır.

İmtahan iştirakçıları proqram vasitəsilə Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanını verə bilərlər.

Onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında "Şəxsi kabinet” açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (//eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.

Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi "ProctorDİM” proqramını yükləyib kompüterinə quraşdırmalıdır (//otk.az/ProctorDIM/ProctorDIM.zip).

Kompüterinizdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə qeydiyyat səhifəsində tanış ola bilərsiniz. (//eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements).


OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...