Bu qan qrupundan olanlar daha tez ölür - KORONAVİRUS

Bu qan qrupundan olanlar daha tez ölür - KORONAVİRUS
 

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev insanların daşıdıqları qan qruplarının COVID-19 virusuna yoluxma və xəstəliyin gedişatında roluna aydınlıq gətirib.

Sfera.az xəbər verir ki, o, mart ayından etibarən Çinin Uhan şəhərində aparılan elmi tədqiqatın nəticəsinə görə xəstələnənlər arasında II qan qrupu daşıyıcılarının çoxluq təşkil etdiyini bildirib: 

"Buna əlavə olaraq, Avropada aparılan son elmi tədqiqat yeni olaraq onu göstərdi ki, II qan qrupu COVID-19 xəstəliyinin ağır kliniki gedişatı üçün bir risk faktorudur. COVID-19 virusuna yoluxanların 3-cü və 9-cu xromosomlarında aşkar edilən gen variantları xəstəliyin ağır gedişata malik olma riskini artırır. Burada da qan qrupunu müəyyən edən önəmli gen və xromosom yer alır. Alimlər bu nəticəyə İtaliya və İspaniyadan olan 4000 xəstənin müayinəsinə əsaslanan tədqiqatdan sonra gəliblər. Tədqiqatın nəticəsinə görə, II qrup qan daşıyıcısı olan xəstələr də bir növ xüsusi risk qrupuna daxildirlər və onlar bu virusa yoluxan zaman xəstəliyi digər qan qruplarına nisbətən ağır formada keçirə bilərlər".

N.Abdullayev deyib ki, I qan qrupu daşıyıcıları isə digərləri ilə müqayisədə ən az riskə malikdirlər:

"Amma onu da nəzərə almaq lazımdır ki, xəstəliyin ağır gedişatına səbəb olan daha bir neçə önəmli faktorlar da var və bunlardan da ən önəmlisi xəstənin yaşı və sahib olduğu ciddi xəstəlikləridir. Bu tədqiqat nəticəsində bu qənaətə gəlinib ki, artıq müalicə həkimi II qan qrupu daşıyıcısı olan COVID-19 xəstələrinə xüsusi risk qrupuna daxil olduqları üçün daha da diqqət göstərib xəstəliyin gedişində bu məqamı nəzərə almalıdır". (report.az)



OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...