Bu qan qrupu dünyada cəmi 42 adamda var

Bu qan qrupu dünyada cəmi 42 adamda var
İlk dəfə bu qan barədə 1961-ci ildə yazılıb və Avstraliyada yerli bir sakində tapılıb.

Tibbdə 8 tip qan məlumdur, onlar da öz növbələrində yarımtiplərə bölünür. Lakin dünyada elə bir nadir qan qrupu da var ki, bu qan qrupunun daşıyıcısı olan insanı tapmaq belə müşküldür. Yer kürəsində yalnız 42 adam bu qanın daşıyıcısıdır.

Sfera.az Medicina.az-a istinadən xəbər verir ki, bu qan qrupu klassifikasiya sisteminə daxil deyil. Lakin elmi baxımdan o əvəzsiz və qiymətlidir.

Bu qan sahibləri üçün bəzi təhlükələr gətirir. Çünki bu insanlara qan donoru tapmaq mümkün deyil. Onları əməliyyat etmək də risklidir.

Qızıl qanda digər qruplarda olan antigenlər yoxdur. İlk dəfə bu qan barədə 1961-ci ildə yazılıb və Avstraliyada yerli bir sakində tapılıb.

Bundan öncə, alimlər belə hesab edirdi ki, bu qan tipi ilə doğulan uşağın sağ qalıb böyüməsi mümkün deyil. Çünki RH agenti olmayan qan hətta ana bətnində belə dölü sağ saxlamaz. Lakin həyat göstərdi ki, bu qan qrupunda olan insanlar sağ qalırmış.

Bu qan qrupu irsi genlər vasitəsilə ötürülür. Lakin o hər adamda olmur. Adətən belə qan qrupunu daşıyan uşağın ata-anasında adi qan tipi olub. O bu qan genini bəlkə də əsrlər öncə yaşamış əcdadından alır.

Tibbi baxımdan bu qrup qiymətsizdir, çünki məhz bu qan qrupu ən qədim və ən təmiz hesab olunur. Bu qan çox xəstəliklərə çarə ola bilər. Amma təəssüf ki, bu qanın daşıyıcısı olan insanlar cəmi 43 nəfərdir. Alimlər digər qan qruplarından biri üzərində işləyib, onu antigenlərdən təmizləyib qızıl qana bənzətmək üzərində işləyirlər.

OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...