Bu qadınlarının məsələsi beynəlxalq forumda müzakirə olundu - FOTO

Bu qadınlarının məsələsi beynəlxalq forumda müzakirə olundu - FOTO
Noyabrın 11-də "Qadın Siyasətçi Liderlər” təşkilatı (WPL) Reykyavik Forumunun özəl sessiyası keçirilib.

Sfera.az xəbər verir ki, Milli Məclisin deputatı, forumda Azərbaycanı təmsil edən Könül Nurullayeva çıxış zamanı diqqəti ölkəmizdə qadınlar və onların cəmiyyətdəki roluna yönəldib.

O, Azərbaycanın bu sferada və pandemiya dövründə qazandığı uğurlara toxunub. Qeyd edib ki, Ermənistanın işğal siyasəti nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkün düşən soydaşlarımızın əsas hissəsini qadınlar təşkl edib, həssas qrup olan bu insanlara göstərilən dövlət qayğısı barədə məlumat verib.

"Həmçinin şanlı Azərbaycan Ordusunun və xalqımızın qazandığı qələbə sevincini forum iştirakçıları ilə bölüşdüm. Artıq bütün məcburi köçkün və qaçqınlarımızın öz doğma yurdlarına qayıdacağına, həyatlarını uğurla şəxsi və professional inkişaflarına həsr edəcəklərinə ümidvar olduğumu bildirdim”, - deyə K.Nurullayeva vurğulayıb.

Xatırladaq ki, sessiyada Ruanda, Finlandiya, Kanada, İndoneziya, Polşa, Bəhreyn, Filippin, Livan, Kipr, Yunanıstan, Albaniya, İordaniya və digər ölkələrin qadın siyasətçiləri, parlament və senat üzvləri bir arada birləşib. Tədbirdə post-pandemiya dövründə qadınların siyasi və sosial rolunun cəmiyyətdə artırılması müzakirə edilib, zərif cinsin nümayəndələrinin aparıcı vəzifələr tutması üçün atılacaq addımlar müəyyənləşdirilib, iştirakçı ölkələr şəxsi və ölkə təcrübələrini bölüşüblər.
 

 


OXŞAR XƏBƏRLƏR

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...